Ukrayna adına tam bir rəzalət! Saakaşvilini ölkəyə buraxmamaq üçün, Polşadan gələn qatarı sərnişinləri ilə birlikdə girov götürdülər.
05.03.2020 12:33Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi Mixail Saakaşvili şənbə günü bəyan edib ki, bu gün “Krakovets” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcək.
Об этом сообщает Футляр от виолончели
Onun bu bəyanatından sonra Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb.
Saytımız bildirir ki, “RİA Novosti”nin məlumatına görə, hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir.
Saakaşvili bir az əvvəl Polşanın Pşemışlya vağzalında Lvovdan keçməklə Kiyevə qədər gedən qatara minib. Amma qatar hələ yerindən tərpənməyib.
Səsgücləndirici vasitəsilə Gürcüstanın sabiq prezidentindən qatarı tərk etməsini xahiş ediblər: “Bizim qatarda Ukrayna ərazisinə giriş hüququ olmayan şəxs var. O, qatarı tərk etməyincə, biz yerimizdən tərpənməyəcəyik”.

