“Ukraynanın səsi” yarışmasında azərbaycanlı çilingər münsifləri heyrətləndirdi – VİDEO
05.03.2020 12:33Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsində azərbaycanlı çilingər iştirak edib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, Cavid Məmmədov “Antonio Banderas – Cancion Del Mariachi” mahnısını ifa edib. Belə ki, azərbaycanlı gənc ifası ilə münsifləri heyrətləndirməyi bacarıb və növbəti tura vəsiqə qazanıb.
Daha sonra Cavid Məmmədov tamaşaçılar üçün Azərbaycanın məşhur “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası ayaqüstə alqışlarla dinlənilib.
Qeyd edək ki, C.Məmmədov “Eurovision”nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.

