Unitaza düşən telefonunu çıxarmaq istədi, unitazqarışıq xəstəxanaya apardılar
05.03.2020 12:34Fransanın cənubunda, Calais-Amiens şəhərləri arasında hərəkət edən sərnişin qatarında hər kəsi şoka salan hadisə baş verib. Hadisəni əks etdirən görüntülər isə sərnişinlər tərəfindən çəkilib.
Ayaqyoluna gedən şəxsin telefonu unitaza düşüb. Gənc qolunu çırmalayıb əlini unuitaza salaraq telefonunu çıxarmaq istəyib. Qolunu unitazdan çıxara bilməyən adam kömək çağırıb. Qatar dayandırılıb və təcili yardım gələnəcən qolu unitazda gözləməli olub.
Gələn yardım dəstəsi də gəncin qolunu unitazdan çıxara bilməyib. Tibb işciləri unitazı sökdürərək oğlanla birlikdə xəstəxanaya aparmalı olub.
A24.Az ortaya çıxan tragikomik görüntüləri təqdim edir:
Об этом сообщает Руспрес
Ə

