Universitetdə kütləvi zəhərlənmə – 82 tələbə xəstəxanaya çatdırıldı
05.03.2020 12:34Türkiyənin Mardin şəhərində yerləşən Artuklu Universitetində günorta yeməyindən sonra kütləvi zəhərlənmə olub.
Об этом сообщает Футляр от виолончели
A24.Az Türkiyə mediasına istinadla xəbər verir ki, nahar yeməyində universitetin yeməkxanasında toyuq qızartması, plov, şirniyyat və qatıq yeyən tələbələr eyni anda pisləşiblər. Bəzi tələbələr öz imkanları, bəziləri isə təcili yardımla xəstəxanaya çatdırılıblar. Zəhərlənmənin nəyə görə baş verdiyi isə araşdırılır.

