Universitetə qəbul ola bilməyən abituriyentlərə vacib xəbər – YENİ PROSEDUR
05.03.2020 12:34
2018-ci ildən etibarən ali məktəblərə qəbul imtahanlarında iştirak edib heç bir yerə qəbul ola bilməyən abituriyentlər universitetlərdə yaradılacaq hazırlıq qruplarında təhsil ala biləcəklər. Hazırlıq qruplarında təhsil yalnız ödənişli əsaslarla olacaq və qəbul imtahanlarının nəticələrini açıqlanandan sonra plan yeri dolmayan universitetlərdə boş qalan plan yerlərinə uyğun sayda təşkil olunacaq.
A24.Az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. Ekspert bildirib ki, DİM tərəfindən ali məktəblərə qəbul müsabiqənin nəticələri elan olunduqdan sonra Təhsil Nazirliyinin müəyyən etdiyi (plan yeri dolmayan) ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan ediləcək, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçiriləcək və həmin yerlərə DİM tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılacaq. Hazırlıq qruplarında tədrisin sonunda DİM tərəfindən qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçiriləcək və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.
Об этом сообщает Роспрес

