Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

UNO-lar ABŞ ordusunu təhdid edir – Keçmiş zabitdən İNANILMAZ AÇIQLAMALAR

05.03.2020 12:34

Uçan naməlum obyektlər (UNO), yadplanetlilər, dünyadankənar varlıqlar hər kəsin maraqlandığı və baş sındırdığı mövzudur. Bəziləri buna inanır, bəziləri isə inanmaq istəmir. Maraqlıdır, UNO-lar həqiqətən varmı?

Об этом сообщает Футляр от виолончели

A24.az ABŞ-ın keçmiş milli təhlükəsizlik şefi Kris Mellonun yadplanetlilərlə bağlı açıqlamalarını təqdim edir

.
Kris Mellon yadplanetlilərin varlığını sübut edəcək bəyanatlar verib. Yadplanetlilərlə bağlı gündəmə gələn 51-ci bölgədə xidmət etmiş Mellon ABŞ donanmasının UNO adlandırılan naməlum uçan obyektlə qarşılaşdığını bildirib. Vəzifəsindən ayrıldıqdan sonra dünyanın dörd bir tərəfindəki UNO hallarını təqib edən “To The Stars Akademiyası” təşkilatına daxil olan Mellon ötən illərdə Kaliforniya ştatının San-Dieqo şəhərində ordu donanmasının günün günorta çağı UNO ilə qarşılaşdığını və hadisə anını qeyd etdiyini iddia edir.


“USS Nimitz” adlı təyyarə gəmisi və onu müşayiət edən “USS Prinston” təyyarə gəmisinin komandirlərinin UNO müəyyən edərək sınaq uçusundaki iki döyüş təyyarəsinə xəbər verdiyini bildirən Mellon bunları deyib: “Transponder cihazı olmayan obyekt çağırışlara cavab vermir. F-18 təyyarələri obyektin qanadlarının və səsboğan çıxışının olmadığını görüb”.


Mellon naməlum cismin hesabatlara keçən fiziki xüsusiyyətlərini belə qeyd edib: “Ağ rəngdə və düzbucaq şəklindəydi. 12 metr uzunluğunda və 4 metr qalınlığındaydı”.


UNO-nun fizika qanunlarını alt-üst edən manevrlərinin F-18-lərdən üstün olduğunu qeyd edən Mellon, “Obyektin silah kamera görüntüləri və infraqırmızı görüntüləri qeyd edilmişdi”-deyə danışıb.

Mellon F-18-lərin təyyarə gəmilərinə qayıtdıqtan sonra UNO-nun saatlarla havada dolandığını vurğulayıb: “25 min metr yüksəkliyə çıxmışdı, okeanın 15 metr üzərində, səsdən daha sürətli şəkildə eniş etmişdi. Bu cür hallar Konqresin müzakirəsinə təqdim olunmalıdır. UNO-lar ordu qüvvələrini təhdid edir”.