Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ünvanlı sosial yardımlar niyə gecikir? – AÇIQLAMA – VİDEO

05.03.2020 12:34

Bir neçə ay idi ki, bəzi vətəndaşlar onlara təyin edilmiş ünvanlı sosial yarıdımı ala bilmirdilər. Dövlət Sosial Müdafiə Fondu məsələyə aydınlıq gətirib. Fonddan bildirilib ki, artıq vəsaitlər hesablara köçürülüb.
A24.Az xəbər verir ki, bəzi vətəndaşların ünvanlı sosial yardım ala bilməməsinin səbəbləri açıqlanıb. Dövlət sosial müdafiə fondu sosial yardımı elektron yolla alanlara 2 aydır pul ödənməməsinə aydınlıq gətirib. Məlumata görə əsas səbəb elektron sistem tərəfindən yardım alan vətəndaşların məlumatlarının yoxlanılmasıdır.
DSMF-nin sektor müdiri Kənan Əkbərovun sözlərinə görə mart ayı ərzində 153 min vətəndaşa 155 manat məbləğində sosial yardım ödənilib. Ünvanlı sosial yardımı son aylarda ala bilməyənlərə də şad xəbər var. Yardımın veriləcəyi tarix müəyyən edilib.
Vətəndaşlar gəlirləri və ailə tərkiblərində dəyişiklik olarsa dərhal 5 iş günü müddətində fonda məlumat verməlidirlər. Əks halda onlara sosial yardımların verilməsi dayandırılır.
Ünvanlı sosial yarımın alınmasında hansısa suallar və müraciətlər olarsa vətəndaşlar 142 saylı çağrı mərkəzinə müraciət edə bilərlər.

Об этом сообщает Футляр от виолончели