Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Urmiya gölündə TƏHLÜKƏ: 14 milyon insanın qorunması üçün Azərbaycan Ermənistanla iş birliyi qurmalıdır!

05.03.2020 12:34

Yaxın Şərqin ən böyük gölü olan Urmiya yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. İranın şimal-qərbində 5200 kilometrlik ərazidə yerləşən gölün 90 faizi artıq quruyub.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, İranın Cənubi Azərbaycan əyalətində Təbii Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin direktoru Amir Abbas Cəffəri Urmiya gölünün qurtarılması layihəsi 2030-cu ilə qədər icra olunmazsa, 14 milyon insan həyatı üçün təhlükənin yaranacağını açıqlayıb. İran rəsmisinin dediklərinə görə, bundan əvvəl göldəki suların 2023-cü ilə qədər əvvəlki səviyyəsinə gətirilməsinin planlandığını, lakin Hollivud aktyoru Leonardo Dikaprionun və Yaponiyanın ekologiya alimləri hələ də sözü verilmiş maddiyyatın ödənilmədiyi üçü hədəfə çatmadığını bildirib.

Gölün qurumasının başlıca səbəbi xalqın suya olan ehtiyacının getdikcə artmasıdır?

İran Ətraf Mühit Agentliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Məhəmməd Dərviş Sputnik-ə verdiyi açıqlamada gölün qurumasının başlıca səbəbini yerli xalqın göl sularına və ətrafda yaşayanların getdikcə suya ehtiyac duymağa başlamasından qaynaqlandığını bildirib.

“Son illər gölün sahil ərazilərində yerləşən torpaqlardan kənd təsərrüfatı məqsədi ilə istifadə edilməsi 320-dən 680 min hekatara qalxıb. 1 hektar torpağın suvarılması üçün 10 min kub.metr su lazımdır. Gölün çəkə biləcəyi yükün həcmi isə 3,6 milyard kub metrdir. Bundan başqa gölə tökülən 14 çayın üzərində anbar qurulub. Bütün bunlar Urmiya gölündə su qıtlğına yol açıb və bir hissəsinin səhralığa çevrilməsinə səbəb olub. Lakin gölün bir hissəsi hələ qurumasa da, çox dərin olmadığı üçün quruması sürətlə gedir”.

Azərbaycan, Ermənistan və Türkiyə ilə birlikdə yeni enerji qaynaqları yaratmalıyıq…

İran Ətraf Mühit Agentliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Məhəmməd Dərviş sözlərinə belə davam edib:

“Urmiyanın köhnə vəziyyətinə qaytarılmasını təmin etmək üçün 10 il ərzində bağçalara su verilməməli və gölün ətrafındakı sahə əvvəl olduğu kimi 300 min hektara endirilməlidir. Odur ki, qonşularımız Azərbaycan, Naxçıvan, Ermənistan, Türkiyə və İraqla birlikdə yeni enerji qaynaqları yaratmağa başlamalıyıq və burada sərbəst iqtisadi bölgə yaratmalıyıq. Ərazi qurulduqdan və insanlar ordan gəlir əldə etdikdən sonra hökumət gerçəkləşdirdikləri fəaliyyətlərin hər birini dəyişdirmələrini, çuğundur yetişdirməyi buraxıb, heyvandarlıqla məşğul olmalarını istəyə bilər. Bütün bunlar gölün əvvəlki vəziyyətinə qayıtmasına köməkçi olacaq”.

Firuzə Alimova / MTM