Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Uşaqları ilə gündəm olan BBC müxbiri bu dəfə yayıma ailəsi ilə çıxdı – VİDEO

05.03.2020 12:34

Bir neçə gün əvvəl BBC-nin efirində görünən sevimli uşaqlar izləyənlər tərəfindən bəyənilmişdi. BBC müxbiri bu dəfə yayıma ailəsi ilə birlikdə çıxıb.

Об этом сообщает Руспрес

“A24.Az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, canlı yayım zamanı uşaqlarının otağa girməsi ilə bir anda bütün dünyanın gündəminə çevrilən professor Robert Kelly BBC-nin efirinə xanımı və uşaqları ilə çıxıb.

Kelly və xanımı Junga Kim internet vasitəsi ilə bağlantı qurarkən yaşanan həmin anlardan danışıb. Evdə baxıcının olmasına ehtiyac duyulduğunu belə müzakirə edənlərə cütlük bunun narahatlıq yaratdığını və bu barədə heç düşünmədiklərini söyləyib.

Müxbirin xanımı həmin anda otaqda oturaraq ərinin verdiyi müsahibəyə baxdığını söyləyib və uşaqların həmin anda otağa daxil olaraq efirə düşdüklərini deyib.

Daha sonra uşaqların  anası Kim həyat yoldaşı Kellinin çox vaxt otağın qapısını bağladığını, lakin bu dəfə açıq qaldığı üçün uşaqların asanlıqla içəri daxil ola bildiyini əlavə edib.

Yaşadıqlarını utancverici, amma bir ata kimi əyləncəli gördüyünü söyləyən Kelly “Həyat yoldaşım gözlənilmədən baş verənlərin qarşısını ən gözəl bir şəkildə almaq üçün möhtəşəm bir iş çıxardı. Əgər görüntülərə baxsanız, gülməmək üçün özümü güclə tuturam. Övladlarım çox balacadır və bu işlər bəzən belə olur” deyə bildirib.