Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Uşaqlarını öz əlləri ilə öldürən Azərbaycan valideynləri – ARAŞDIRMA

05.03.2020 12:34

Fevralın 9-da baş berən bədbəxt hadisə Xaçmazda yaşanıb. 2 yaşlı Ümüdün üstünə televizor düşərək onun həyatına son qoyub. Salyanda isə qaynar suyun tökülməsi nəticəsində azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Hətta bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda 3 aylıq körpənin evdə yanaraq ölməsi, iki gün əvvəl isə rayonlardan birində 3 yaşlı uşağın süd qazanında yanması bizləri bəzi ciddi məqamlara diqqət çəkməyə vadar etdi. Binəqədidə baş verən hadisə zamanı evdə daha 2 uşaq olub. Onlar yanğından qaçıb canlarını qurtara bilsələr də, 3 aylıq körpə alovlar içərisində qalaraq yanıb. Araşdırma zamanı məlum olub ki, azyaşlıların valideynləri hadisə zamanı evdə olmayıblar.

Об этом сообщает Руспрес

Son zamanlar ölkəmizdə bu cür halların artması insanda sual doğurur: görəsən, baş verənlər valideyn məsuliyyətsizliyinin nəticəsidir, yoxsa bu bir cəzadır? Ona görə cəza ki, adətən insan pislik edəndə bəzən kənardan deyirlər ki, “balan var” etmə! Və ya bu fikirlərin səsləndiyinə də rast gəlməmiş olmarıq: “İnsanın topuğuna dəyən hər daş onun əməlləridir”. Görəsən, bu deyilənlər nə dərəcədə düzgündür? Körpələrin başlarına gələn bədbəxt hadisələr həqiqətən valideyn məsuliyyətsizliyidir, yoxsa buna başqa ad vermək lazımdır?

Bütün bunlar barədə A24.Az-a danışan ilahiyyatçı Elşad Mahmudov valideynləri məsuliyyətli olmağa çağırsa da, bildirdi ki, bəzən valideyn övladının ölümünü, şərini özü hazırlaşımış olur:

“Bilirsiz, bəd dua, qarğış haqq olan şeydir. Amma haqsızlıq etdiyin zaman insanı tutar. Yəni insan birinə haqsızlıq və zülm edərsə,  zülmə məruz qalan insanın qarğışı mələklərin “Amin” dediyi vaxta düşərsə, o dua qəbul olunur. Eyni zamanda valideynin öz övladına etdiyi bəd dua da qəbul olunur. Bu çox ciddi bir şeydir. Bəzən valideynlər hirslənəndə öz uşaqlarına “Allah səni zəlil eləsin”, “Sənə ölüm gəlsin” kimi sözlər deyirlər və buna fikir vermirlər. Amma bilməlidirlər ki, duaların da məqbul olan vaxtları var, onu isə Allah bilir. Əgər bəd dua həmin vaxta düşürsə, valideyn öz övladının ölümünü, zərərini, şərini özü hazırlamış olur. Lakin bu o demək deyil ki, uşaqların başına gələn hər iş valideynlərin günahı üzündən olur. Yox! Bəzən məsuliyyətsizlikdən olur. Çünki valideyn diqqət eləmir, uşaqları evdə tək qoyub qapını bağlayıb, gedir, yəni ehtiyatlı olmur. Yox, əgər ehtiyatlı və məsuliyyətli olmasına baxmayaraq, balasının başına bədbəxt hadisə gəlirsə, demək ki, bu Allahın imtahanıdır. Əlbəttə ki, kimsə kiməsə zülm edibsə, ola bilsin ki, başqasının günahına görə cəzasını çəksin. Amma yenə də Qurani-Kərimdə ayə var ki, “kimsə kimsənin günahı ilə yüklənməz”. Amma başqasına pislik etmək də düzgün deyil, çünki bu sənin də qarşına çıxa bilər, balanın da…”

İlahiyyatçı sonda bu cür hallarından bundan sonra daha artacağına diqqət çəkərək, insanların getdikcə caniləşdiyini, maddi problemlərdən dolayı əxlaqi keyfiyyətlərini itirdiklərini qeyd etdi:

“Amma bunu zəmanə ilə deyil, insanlarla əlaqələndirmək lazımdır. Çünki əxlaqi keyfiyyətlərin azalması, insanların vəhşiləşməsi, maddi problemlərin artmasına gətirib çıxarır. Son zamanlar ictimai həyatda kimsə bir səhv edən kimi o saat ona elə zəhmlə baxırlar ki, sanki böyük bir günah işləyib. İnsanlar arasında güzəştə getmək, anlaşmaq çox azalıb. Maddi problemlər  insanların şəxsi həyatına mənfi təsir edir. Odur ki, insanda iman, əxlaq zəif olanda, insanların caniləşməsinə səbəb olur. Onu da deyim ki, belə şeylər hələ bundan sonra daha da pis olacaq. Peyğəmbərimizin bir hədisi var “ Hər gələn gün hər ötən gündən daha da pis olacaq”. Artıq bundan sonra “yaxşı”nı gözləməmək lazımdır”.

3 övlad anası olan tanınmış müğənni Xuraman Şuşalı da fikirləri ilə bizi təəccübləndirmədi. Bir ana kimi, həm də hicablı xanım kimi bu cür halları daha çox valideynlərin əməlləri ilə əlaqələndirdi:

“Birinci, Allah qorusun, ikincisi də, insanın başına qəzavü-qədər gələndə nə etmək olar?! Bilirsiz, gərək Allahın nəzəri insanın üzərində olsun və uşağı qorusun. Valideyn də hərəkətində, etdiyi əməllərində bir az diqqətli olsun. El arasında belə bir deyim var ki, “Böyüklərin əməlinə görə, bəzən uşaqlar cavab verir”. Çünki bəzən görürsən ki, valideynin etdiyi haqsızlığa, hər hansı pis əmələ görə həqiqətən uşaq cavab verir. Ona görə də övladı olan valideyn hər addımı barədə düşünməlidir. Hətta elə vaxt olur ki, nəsə pis bir şey eləmək istəyəndə, qorxuram “Ay Allah, balamın qabağına çıxar”, tez özümü yığışdırıram. Bir də Allahın yazdığı qəzavü-qədər var. Nə yazıbsa, onu da yaşamalıyıq. Amma valideynlərin məsuliyyətli olması çox vacibdir. Evdən çıxanda diqqət etsinlər, övladlarını evdə tək qoymasınlar, işığı, qazı, elektrik qovşaqlarını yoxlasınlar. Məsələn, mən özüm böyük oğlumu hazırlıqdan gətirəndə onu taksiyə mindirmirəm. Çünki taksi sürücüsünə də etibar etmirəm, birdən pis sürər, təhlükəsizlik kəmərini taxmaz, ona görə də zəhmət çəkib, işimi-gücümü atıb özüm gətirirəm”.

Ötən həftə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun illik hesabatı da xəsarət alan uşaqların sayının artdığını təsdiqləyib. İnstitutun əl cərrahiyyəsi şöbəsinin müdiri, professor Fikrət Qafarov bildirib ki, son vaxtlar bu cür şikayətlərin sayı durmadan artır: “Hətta bəzən həftədə 2-3 müraciət daxil olur. Uşaqların əli ət maşınında qalır, valideynlər qopmuş barmaqları götürüb gətirirlər ki, yerinə tikin. Evlərdə trenajorlar qoyurlar, uşaqların əli trenajorların arasında qalır. Paltaryuyan maşın işləyir, uşaq əlini maşının içinə salır. Texnikanın inkişafı uşaqların başında çatlayır. Azyaşlılar valideyn məsuliyyətsizliyinin qurbanına çevrilirlər”.

Şöbə müdiri deyib ki, digər orqanlardan fərqli olaraq, əlin quruluşu mürəkkəbdir və kiçik bir zədə əlillik yaradır: “Əli ət maşınında və ya hansısa alətin içərisində qalan hər 10 adamdan 8-i əlil qalır. Üstəlik, ət maşını travması travmaların ən ağır formasıdır. Baxırsan ki, əlin müəyyən hissələri qalıb, biz onun sümüyündən, dərisindən istifadə edirik. Çox zaman barmaqlar gedir, sümükdən istifadə edə bilirik. Çətinliyimiz odur ki, biz illərlə o əlin üstündə işləyirik. Bir də anadangəlmə qüsurlar var. Valideyn səhlənkarlığı nəticəsində əlin anadangəlmə qüsurları ilə bağlı müraciətlər gecikmiş olur. Uşaq 15-16 yaşına çatır, sonra əldəki qüsurlarla bağlı müraciət edirlər. Gec müraciətin səbəbini soruşanda deyirlər ki, Allah bunu belə yaradıb, həkimə aparmaqla yaradana qarşı çıxmaq olmaz. Uşaq böyüyür, yaşıdları arasında sıxılıb çəkinir. Halbuki, vaxtında həmin qüsuru sadə əməliyyatla aradan qaldırmaq mümkün idi. Daha çox anadangəlmə əyri barmaq, barmaqların bir-birinə bitişməsi, barmağın birinin qısa olması kimi qüsurlarla rastlaşırıq. Vaxtında və yalnız əl cərrahiyyəsi üzrə ixtisaslaşmış həkimə müraciət etmək lazımdır”.

Firuzə Alimova… “A24.az” saytı