Useyn Boltun zədələnmə səbəbi məlum olub
05.03.2020 12:35Dünya şöhrətli idmançı Useyn Boltun zədələnmə səbəbi məlum olub.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, olimpiya və dünya çempionu Useyn Boltun 16. Dünya Atletika çempionatında qaçış zamanı zədələnməsi, spirtli içki içməsi ilə bağlıdır.
Belə ki, Bolt yarışdan bir gecə əvvəl Qərbi Londondakı bir partidə konyak içib. Hətta bu barədə video mediaya da manşet olub.
Qeyd edək ki, yamaykalı atlet çempionatda finişə çatmağına 100 metr qalmış zədələnərək, yarışı tərk etmək məcburiyyətində olub.
Vəsilə İbrahim

