Üstündə “Russia” yazılan gödəkçəli uşaq, məşqə gecikən yeniyetmə – “20 YANVAR” PARADOKSU
05.03.2020 12:35“20 yanvardan sonra heç kəs bu günü xatırlamır”, “Bir gün matəm, sonra toy bayram” kimi mənasız cümlələr demək istəmirəm; sadəcə 20 yanvarın 27-ci ildönümü zamanı rastlaşdığımız bəzi təzad və mənfi göstəricilərdən söz açmamaq mümkün deyil.
Təbii ki, faciələr tarixin qanlı nöqtələridir. Tarixdən qanı silmək qədər çətin bir iş yoxdur. Digər bir çətinlik də “bu qan silinməldirmi?” sualındadır. İctimai sualların cavabı mümkün qədər yüksək müstəvidə həll olunmalı, uyğun nəticə bu vəya digər şəkildə cəmiyyədə sirayət etməlidir.
Məsələn, üstündən bir qərinə ötməyən, ən yeni tariximizin qara səhifələrindən olan 20 yanvar faciəsi ilə bağlı danışılanlar, öyrədilənlər arasında “rus qoşunları”, “rus əsgərləri” sözləri istifadə edirik. Yaxşı, başa düşürük ki, Rusiya SSRİ-nin hüquqi varisi sayılır. Amma uşaqlara öyrətdiyimiz bu informasiyalar nə qədər effektiv və bizə başucalığı gətirən haldır? Baxın, reportajda müsahibə götürdüyümüz uşaqlardan biri öncə 20 yanvarın ermənilər tərəfindən törədildiyini deyir, daha sonra heç kəsin müdaxiləsi olmadan fikrini dəyişərək bu faciəni rusların törətdiyini əlavə edir. Bu müsahibədə ən dəhşətli səhnə isə uşağın əynindəki gödəkçənin yaxasında böyük hərflərlə yazılan “Russia” sözüdür. Biz nə edirik? Bu məsum varlıqları indidən belə təzadlı təməl üstündə niyə böyüdürük? Uşaqlara öyrətdiklərimizlə, onları istiqamətləndirdiyimiz yol bir-birinə niyə əksdir? Bu fotodan qorxmursunuzmu?
20 yanvarla bağlı hazırlanan bu reportajda daha bir göstərici də qısa zamanda feysbuk “fenomeni”nə çevrilən yeniyetmədir. Öncə onu qeyd edim ki, belə məqamlarda həddi-buluğ yaşı 18 deyil 14, 15 yaş həddi götürülə bilər. Yəni bu yaşda uşaq sözügedən situasiyada müdafiəsiz, illər sonra peşman olacağı biri kimi deyil, qarşısındakı jurnalistə kələk gəlmək istəyən, orta məktəbdə müəllimləri incidən, dərslərini yaxşı oxuyan eynəkli sinif yoldaşlarına lağ edən bir tipdir. O cəmiyyətə, yaşıdlarına senzurasız təqdim olunmalıdır. Burada heç bir jurnalist vicdansızlığından, qeyri peşəkarlıqdan söhbət gedə bilməz.
Bu reportajın azyaşlı müsahibləri o qədər seçilmiş obrazlar idi ki, elə bil bu reportaj deyil, hansısa filmin düşünülmüş hissəsi idi.
Göründüyü kimi o məktəbli dərslərini yaxşı oxuyan biri deyil. Çox güman ki, valideynləri də bu məqamı ciddiyə almır. Çünki, onu idmana, məşqə yollayır. O da ondan əvvəlki həmkarları kimi idmana gedəcək, zərrə qədər intellekti, savadı olmasa belə, biliyinə deyil, biləyinə güc verərək çox yaxşı həyat yaşayacaq. Babat bir turnirdə medal qazansa ona ev də veriləcək, maşın da, pul da. Bu qədər rahat bir yol varkən kif iyi verən dəhlizlərdə qoltuğunda sarı vərəqlərlə hərlənən bir qocaya çevrilməyi kim istəyər?
Kim zəmanət verir ki, bu məşqə gecikən yeniyetmənin 20 yanvar haqqında düzgün biliyə sahib olan həmyaşıdları daha xoşbəxt yaşayacaq?
Об этом сообщает Футляр от виолончели
Sərdar Amin

