Üzərində telefon, internet yazılan boş telefon köşkləri – VİDEO
05.03.2020 12:35Üzərində telefon, internet yazılıb. Amma nə interneti var, nə də telefon aparatı.
Об этом сообщает Руспрес
Paytaxtın müxtəlif yerlərində belə telefon köşklərinə rast gəlmək mümkündür.
Kənardan telefon danışıq məntəqəsi kimi görünsə də, əslində məqsədi üzrə istifadə etmək mümkün deyil.
Bu telefon köşklərindən paytaxtın metro stansiyalarına yaxın yerlərində də var. İçərisində heç bir avadanlıq olmadığından istifadəsi mümkün deyil.
Xarici vətəndaşlara və tursilərə daha çox lazım olan telefon danışıq məntəqlərində son zamanlar internətə çıxış imkanın da olması onlara olan tələbatı daha da artırır.
Rabitə və Yüksək Texnologiyalara Nazirliyindən isə bildirilir ki, paytaxtın Elmlər Akademiyası metro stansiyası tərəfdə olan telefon köşkündə aparatın olmaması sırf texniki səbəblərlə bağlıdır. Sakinlərin həmin avadanlıqlarla qaydasında istifadə etməmələri oların tez-tez sıradan çıxmasına səbəb olur. Elə buna görə də bəzi danışıq məntəqələrindəki qurğular təmir üçün götürülüb. Və ən yaxın zamanda yenidən yerlərinə qaytarılacaq.
Xəzər Xəbər

