Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Üzeyir Mehdizadənin “torba”sını kim tikdi? – “Maşın Şou”da aləm qarışdı

05.03.2020 12:35

“Burada elə insanlar var ki, Üzeyirdən qabaq getməliydilər”.
A24.az xəbər verir ki,bu sözləri prodüser Tarix Əliyev (Tolik) ötən gün müğənni Üzeyir Mehtizadənin şoudan ayrıldığıhaqda sosial şəbəkədə münasibətini bildirərkən deyib:
“Oksana Rəsulova dünən Üzeyirə qarşı heçnə etməyib. Onun maşından əlini çəkməsi bir bəhanəydi. Çünki o Murad Dadaşova “Maşın” şoudan getmək istədiyini deyə bilmirdi. Əslində dünən maşından mən əlimi çəkib gedəcəkdim. Amma elə oldu ki,canlı efirdən öncə Oksana Üzeyirdən söz soruşdu. Onun Oksanaya belə aqressiv cavab verməsi gərginlikdən asılıydı. Üzeyir elə bilirdi ki,dediyi sözlər efirdə yayımlanmayacaq. Axı bu oyundur. Onun da bir qaydaları var. Oksana heç vaxt onun oyundan getməsini istəməzdi. Burada elə insanlar var ki,Üzeyirdən qabaq getməliydilər. Çünki o, üç gün ərzində özünü hamıya yaxşı tanıtdı və sevdirdi, heç kimin xətrinə dəyəcək bir söz də demədi. Ən əsas da Murad Dadaşov onu xalqa bir daha tanıtdı. Üzeyir illərlə televiziyada,efirlərdə olan bəzi simalar kimi simasız deyil”.
Qeyd edək ki, ötən gün “ATV” telekanalında Murad Dadaşovun aparıcısı olduğu “Maşın” şounun daha bir buraxılışı geridə qalıb.
A24.az-ın məlumatına görə, yarışmanın növbəti gününün səsverməsində gənc aktyor İslam Mehrəliyev olub. O, səs toplasa aparıcı Azər İsmayılovu yarışdan uzaqlaşdıracağını bildirib. Lakin verilişin bitməsinə az bir müddət qalmış müğənni Üzeyir Mehtizadə əlini maşından çəkərək şoudan ayrılıb. Buna səsəb isə rəqqasə Oksana Rəsulova ilə aralarında olan mübahisə olub:
”Mən bunu bir oyun bilib gəlmişdim, amma bunun şəxsi münaqişə olduğunu bilmirdim. Əvvəldən bilsəydim gəlməzdim. Bir maşına görə səsimi camaata yüksəldə bilmərəm”.
Elvin Paşazadə // A24.Az

Foto Qalereya:

 

Об этом сообщает Роспрес