Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Üzümüzü qara edən Laçının ermənidə olmasıdır, Fədayə Laçının həbsdə olması yox…

05.03.2020 12:35

Fədayə Laçından Laçın təxəllüsünün alınması iddiası çox gülməlidir.

Об этом сообщает Футляр от виолончели

Bu iddianı irəli sürənlər görəsən, heç o Laçın ermənidən alınmalıdır deyib meydana atıldımı..?

Biz hələ Laçını ermənidən alaq, ondan sonra üzümüz ağ deyək ki, Fədayədən Laçını alaq. Bizim üzümüzü qara edən Laçının ermənidə olmasıdır, Fədayə Laçının həbsdə olması yox…

“Yıxılana balta vurmaq bizdə adətdir. Kim bilir, sabah bizim başımıza nə gələcək. Sevmək nə zamandan günah sayılır. Bunun da sevgi yazısı bu imiş. Azərbaycan qızı Rusiyada erməniyə ərə gedəndə o zaman niyə belə səsimiz çıxmadı, qeyrət damarımız tutmadı. Fədayənin yanması onun saf olmasına bir sübutdur. Fədayənin əgər səhvi varsa, ona dəstək olaq ki, özündə güc tapsın, ayağa qalxsın. Qanun var, qayda var. İnşallah ölkəmizin hüquq mühafizə orqanları hər şeyi araşdırıb, Fədayənin cinayətkar olmadığını təsdiq edərlər”…

Bu şerimi Fədayə Laçına və onun seviginsə ittihaf edirəm…

Vətən xaini deyilsən ki,

Əyilmə dik tut başını.

Əzəldən quru yerinə

Həyat yandırıb yaşını.

Eşqdən ötrü ölənlər var

Zindana düşmək nədir ki,

Bürünüb eşqin oduna

Donub üşümək nədir ki.

Baltası yaman çox olur,

Yıxılanın… bu, adətdir.

Bəndədə Haqq axtarma

Haqqın özü ədalətdi…

Sevgi sərhəd tanımır ki,

Ürəyi qandırmaq olmur,

Hissə müqəssir deməyin,

Eşqə qandal vurmaq olmur.

Vətən xaini deyilsənki,

Əyilmə, dik tut başını.

Əzəldən quru yerinə

Həyat yandırıb yaşını.

Qabil Ədalət //Prezident mükafatçısı