Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vahid Mustafayev şeir yazdı: “İstəyirəm, dövran dönsün” – VİDEO

05.03.2020 12:35

Vahid Mustafayev şeir yazdı: “İstəyirəm, dövran dönsün”

Об этом сообщает Футляр от виолончели

 Bir müddət əvvəl ANS bağlandıqdan sonra gündəmdə olmayan tanınmış telejurnalist Vahid Mustafayevlə bağlı  A24.az-a ilginc  məlumatlar daxil olub.

Belə ki, ANS-in sabiq rəhbəri həm də maraqlı və social məzmunlu şeirlərin müəllifi imiş.

Çoxunuz ANS-in məşhur “Qan qrupu” layihəsini xatırlayır. Onun siması Elnarə Xəlilovanı daha sonra Mina adı verilən başqa bir gənc qız əvəz etmişdi.

Həmin qrupun və Minanın mahnılarının şeirlərinin hamısının müəllifi sözügedən şəxs  imiş.

Onunla Elnarə arasında fikir ayırılığı yarandıqdan sonra (Bu müddətdə cəmi bir mahnı yaza biliblər: Mina ft QanQrupu – Her Shey isteyirem) Elnarə ANS-lə yollarını ayırır, onun missiyasını xalası qızı Mina adı verilən Nərminə Hüseynova davam etdirir.

Daha sonra Elnarənin istəyinə görə, Vahid Mustafayev israr etsə də Mina ordan ayrılır və Elnarə ilə sonrakı fəaliyyəti uğursuz olur.

Qayıdaq şair Vahid Mustafayevə.

Müəllif bu şeirlərdə nədən bəhs etmir ki…

Cəmiyyətin hələ də müzakirə etdiyi mövzular: Millət varlanacaq, bahalı maşınlar, Nardaranda villa, Londonda oxumaq, alim, nazir olmaq, valideyn övlad münasibəti, maaş artacaq, vergilər azalacaq.

Və Bakıdan Xankəndinə Qatar olsun…