Valideynlər boşanarkən övlad kimdə qalmalıdır? – PAYTAXT SAKİNLƏRİ CAVABLAYIR – VİDEOSORĞU
05.03.2020 12:35Artıq demək olar ki, hər kəsə məlumdur ki, Quba məhkəməsində verilən qərardan sonra 10 yaşlı Nuray Bayramzadə zorakılıqla qarşılaşıb. Beləki məhkəmənin qərarından sonra qızcığaz xalasından alınaraq atasına öz razılığı olmadan zorla verilib. Zor tədbiqində qızın atası ilə yanaşı icra əməkdaşları da iştirak edib.
Müsbət məqam budur ki, baş verən məlum hadisə ölkə gündəmində yetərincə hallandı. Mətbuatın və sosial şəbəklərin sayəsində problemin geniş ictimai kütləyə çatdırılmasında təbii ki, hər kəsdən artıq jurnalistlərin və vətəndaş jurnalistikası ilə məşğul olanların əməyi oldu.
Об этом сообщает Роспрес
A24.Az bu yöndə ictimaiyyətin də fikrini öyrənməyi əsas sayır. Beləki sayt əməkdaşları paytaxt sakinləri arasında analoji hadisə zamanı uşağın valideynlərdən hansında qalmasının məqbul olduğu ilə bağlı sorğu keçirib. Sakinlərin qənaətlərini əks etdirən həmin videosorğunu təqdim edirik.
Müxbir: Aynur Ələkbər
Operator: Fərid Orucov

