Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Valideynlər DİQQƏTLİ OLUN! Hər gün uşaqlarınıza aldığınız bu şokoladdan zəhərlənən var

05.03.2020 12:35

Bakının Biləcəri qəsəbəsində vaxtı ötmüş şokoladlı yumurtadan zəhərlənmə halı baş verib.

Об этом сообщает Футляр от виолончели

Azad İstehlakçılar İctimai Birliyi sədri Eyyub Hüseynov A24.Az-a açıqlamasında bildirib ki, bu barədə Biləcəri sakini Xəyyam Babayev birliyə müraciət edib:

“Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) müraciət etmiş istehlakçının ərizəsini diqqətinizə çatdıraraq bildirirəm ki, 3 gündür bu şikayət AİİB-ə daxil olub. Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən “Hengen” şirkətinə də məlumat verdim, heç bir əməli iş görmürlər. Bu fakt bir daha sübut edir ki, Ölkə Prezidentinin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılmasına dair fərman vaxtında verilmiş və zəruri bir sənəddir”.

Daha sonra birlik sədr fakt kimi zərərçəkən vətəndaşın ərizəsini və vaxtı ötmüş məhsulun fotolarını bizimlə bölüşüb.

Zərərçəkən ərizəsində bunları qeyd edir:

“11.02.2017 tarixdə Xətai metrosu yaxınlığında yerləşən “Metro market” dükanından uşaq üçün “Kinder joy” şokoladlı yumurta aldım. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı skoçla örtüldüyünü görüb, skoçu qaldırdım, altdan 04.03.16 və 15.09.16 tarixini göründü, yəni malın yararlılıq tarixi artıq 2016-cı ildə bitmişdi. Mən kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib yenə eyni maldan aldım. Həmin mallarda eyni idi və kassa çekinin üzərində VÖEN yoxdur. (kassa çekinin surəti ərizəyə əlavə olunur). Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər, necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik, çünki uşaq “kinder”in birini yemişdi.

Xahiş edirəm bu təhlükəli malların əmtəə bazarından yığışdırılması üçün fəal iş aparasınız, dövlət orqanlarına və KİV -ə bu barədə məlumat verəsiniz ki, insanlar zəhərlənməsinlər”.