“Vaqon mənim üçün bir villa idi, orda uşağımı böyüdürdüm…” – KÜÇƏDƏ QALAN BİR AİLƏNİN DRAMI – VİDEO
05.03.2020 12:35Saytımıza daxil videoda hicablı bir xanım evinin yandığını və artıq uzun müddətdir ki, övladları ilə birlikdə küçələrdə yaşadığını deyir.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, əməkdaşlarımız videonun altında yerləşdirilən nömrə ilə əlaqə saxlayıb. Xanımın həyat yoldaşı Mirov Həsənov redaksiyamıza bildirdi ki, evləri fevral ayının 12-də səhər saat 7-nin yarısı qısa qapanmadan yanıb. Ev dedikdə, yəni vaqonun içində özlərinə yuva quran gənc ailə heç də gözəl şəraitdə yaşamayıblar. Amma soyuqdan qorunduqları o evləri də yanaraq kül olub. Ev yanan zaman evdə ata və 3 yaşında oğlu olub. Evin xanımı Rüxsarə Həsənova isə toxuculuq fabrikində gecə növbəsində işlədiyi üçün evdə olmayıb. Ailənin 3 yaşlı oğlanlarından başqa 10 yaşında bir qızı da var. O, xoşbəxtlikdən həmin gecə qohumunun evində qalıb. Atanın dediklərinə görə, yanğın zamanı azyaşlı övladını alovların içərisindən güclə xilas edib.
Ailənin evi isə Xətai rayonunda yerləşən qəsəbədə, “Naxçıvanski” texnikumunun yanında, Naximov küçəsi, Dənizçi 2 ünvanında yerləşir. Ailəyə kömək etmək istəyənlər bu nömrə ilə əlaqə qura bilər: (055) 558-70-22
Saytımız sözügedən videogörüntünü təqdim edir:

