Vasif Talıbovun oğlu xanımı üçün mahnı bəstələdi – VİDEO
05.03.2020 12:35Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov toyu ərəfəsində xanımına gözlənilməz jest edib.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, Talıbov müğənni Zamiqin ifasında ilk dəfə toyunda səsləndirilən “Bu gün bizim günümüzdür” adlı mahnını xanımı üçün bəstələyib.
Bu barədə Zamiq sosial şəbəkədəki öz hesabında sözügedən mahnını paylaşaraq qeyd edib:
“Əziz dostlar, bu yaxınlarda mənə çox əziz olan, hörmət etdiyim bir insanın özəl gününə mahnı hazırladıq. Çoxsaylı zəng və mesajlarınızı nəzərə alıb həmin mahnının bütöv versiyasını təqdim edirəm. Mahnının sözləri Seymur Talıbova, musiqisi isə Hakan Erola məxsusdur”. (ölkə.az)
Talıbovun bəstələdiyi mahnını təqdim edirik:

