Gəncədə avtomobil qəzası – xəsarət alan var
05.03.2020 12:36Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
“VAZ21011” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Samux rayon sakini, 1992-ci il təvəllüdlü İmanov Mehdi bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
APA

