Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vəliəhd Şahzadənin İsraillə münasibətləri üzə çıxdı – 32 yaşlı Muhamməd Yaxın Şərdə yeni ölkə qurur?

05.03.2020 12:36

Ötən həftə Yəməndən Səudiyyə Ərəbistanına raketin atıldığı və hücumun qarşısının alındığı haqda xəbərlər yayıldı.

Об этом сообщает Роспрес

Daha sonra Kralın təlimatı ilə qurulan və başında yeni Vəliəhd Şahzadə Muhamməd bin Salmanın olduğu “Anti-korrupsiya komitəsi” paytaxt Ər-Riyadda çoxlu sayda naziri, şahzadə və iş adamlarını, sabiq nazirləri nəzarət altına aldı. 4 nazir xidməti vəzifəsindən xaric edildiyi halda, 11 şahzadə və 12 sabiq nazirlərin saxlandığı bildirildi.

Dünya Vəliəhd Şahzadə Muhamməd bin Salmanın “mülayim islam” təməlləri üzərində yenidən qurmaq istədiyi Səudiyyə Ərəbistanının dizaynı üçün addımlar atdığını müzakirə edərkən, ölkədən daha bir sarsıdıcı xəbər gəldi.

Belə ki, Səudiyyə Ərəbistanında içərisində Şahzadə  Mukrin və yüksək məmurların olduğu helikopterin qəzaya uğradığı, içərisində olan şəxslərin öldüyü bildirildi.

Vəliəhd Şahzadə Muhamməd bin Salmanın həyata keçirtdiyi əməliyyatlar onun “Yaxın Şərqdə yeni bir ölkə qurulur” kimi müzakirələrin başlamasına səbəb oldu.

İSRAİLİN  MEDİA  ORQANI ŞAHZADƏ MUHAMMƏDİN TAXTA  ÇIXMASI ÜÇÜN ETDİYİ CƏHDLƏRİ ANALİZ EDİB

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailli nəşriyyat “Haaretz” yaz aylarında Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə təyin olunan, eyni zamanda Müdafiə Nazirliyinin və Baş nazirin müavini olan Muhamməd bin Salmanin vəzifəyə gətirilməsini analiz edib.

“Şahzadə Muhamməd Bin Salman İsrail  və ABŞ üçün gözəl xəbərdir” başlığı ilə yazılan yazı “Səudiyyənin Vəliəhd Şahzadəsi Muhamməd Bin Salman Rusiya, Əsəd, İran və İŞİD mövzularında ABŞ ilə razılaşır və bəzi xəbərlərə görə yüksək vəzifəli israilli məmurlarla da görüşü olub” ifadələri ilə davam edib.

Hələ avqust ayında 32 yaşı tamam olacaq və xarici siyasətdə köklü dəyişikliklər etməyə hazırlaşan Muhamməd Bin Salmanın ağır xəstə olan atası Kral Salmanın xidməti vəzifələrinə yiyələnəcəyi proqnozlaşdırılırdı.

Kral  Salmanın taxta keçdiyi 2,5 il ərzində Şahzadə Muhammədin krallıq üçün öyrədildiyini bildirən “Haaretz”in analizində  əvvəlki vəliəhd  şahzadə Muhamməd Bin Hayifin də ABŞ və xüsusilə də CİA ilə əlaqələrinin olması qeyd edilmişdi.

Çoxlu sayda ərəb qəzetlərində dərc edilən yazılarda Muhamməd Bin Salmanın iki il yarım müddətdə İrasilin yüksək vəzifəli məmurları ilə görüşdüyü, əksər görüşlərin də İordaniya, Səudiyyə Ərəbistanı və ABŞ-da gerçəkləşdirildiyi, İsraillə birlikdə həyata keçirilən hərbi əməliyyat otaqlarında baş verdiyi qeyd edilir.

Muhamməd Bin Salmanın bu toplantılarda Səudiyyə ilə İsrail münasibətlərini genişləndirəcək Fələstin mövzusunda hansı tələblərin irəli sürüldüyü  hələ məlum deyil.

Qatara qarşı planlaşdırılan dövlət çevrilişi ilə də bağlı yazılan yazıda sosial media fenomeninin bu haqda xəbəri verməsindən sonra bunun gerçəkləşmədiyinə diqqət çəkib.

Şahzadə Salmanın yaşı qeyd ediləndən sonra Qatar əmiri Təmim Bin Hammad Əl Saninin 37 yaşında olduğunu xatırladan yazıda Körfəz ölkələrində “yeni nəsil” üçün rəhbərlik dövrünün başlandığı bildirilib.

Firuzə Alimova / A24.az