Venesiyada “Allahu əkbər” deyən vurulacaq
05.03.2020 12:36Venesiyada “Allahu əkbər” deyən vurulacaq.
Об этом сообщает Руспрес
A24.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Venesiya şəhərinin valisi Luici Brugnaro “Allahu əkbər” deyəni vurmaq əmri verib.
“The Times”ın xəbərinə görə, Venesiya valisi “San Marko meydanında “Allahu əkbər” deyib qışqıran istənilən şəxs vurulacaq. Bir il əvvəl olsa, 4 addım sonra vurular deyərdim, amma indi 3 addımdan sonra vurulacaq deyirəm” deyib. Vali həmçinin ” Allahın yanına getmək istədiklərini deyirlər. Onları körpüdən atmadan silahla vuraraq birbaşa Allaha göndərəcəyik” də deyib.
Brugnaronun bu sözlərindən sonra Florensiyanın bələdiyyə başçısı Dario Nardella onu “Allahu əkbər” qışqıraraq salamlayıb. Bu durum sosial mediada səs-küyə səbəb olub. Buna görə də Nardella sosial mediadan açıqlama verməyə məcbur olub.
Açıqlamasında ” heç bir pis niyyətim yox idi, sadəcə zarafat etmək istədim. Zarafatım yanlış anlaşılıb, buna görə üzr istəyirəm. Florensiya müstəqilliyin şəhəridir və bu şəhərdə bizim müsəlmanlarla heç bir problemimiz yoxdur” deyib.
A24.az //Vəsilə İbrahim

