Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vergidən yayınanların NƏZƏRİNƏ: Xarici təşkilatlara məlumat verilib – Sabiq nazir DANIŞIR

05.03.2020 12:36

Onlayn xidmətlərə 18%-lik ƏDV tətbiq edildikdən sonra bəzi iş adamları bu vergidən yayınmaq üçün pul kütlələrini ölkədən çıxararaq, xarici ölkə banklarında öz hesablarına yatırırlar. Bununla da həm valyuta ölkədən çıxmış olur, həm də aktiv onlayn ödənişlər xarici banklar vasitəsilə aparılır. Və nəticədə vergidən yayınmış olurlar.

Об этом сообщает Руспрес

Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov yaranmış vəziyyəti ətraflı şəkildə A24.Az-a şərh edib.

İqtisadçı bildirib ki, məsələ ilə bağlı aiddiyatı araşdırma aparıb. Araşdırma nəticəsində məlum oldu ki, həqiqətən də bəzi iş adamlar elektron ticarət zamanı yeni tətbiq olunan vergidən (Onlayn xidmətlərə 18%-lik ƏDV) yayınmaq üçün müxtəlif üsullara əl atmağa çalışırlar. Bu da təbiidir.

“Hər bir yenilik tətbiq olunarkən onun alternativ variantlarını insanlar axtarıb tapmağa cəhd edirlər. Burada da belə cəhd var. Ancaq sizə deyim ki, burada yanaşma kifayət qədər sistemlidir. Bu sistemliliyin əsasını təşkil edənlərdən biri də budur ki,  elektron ticarəti dünyada idarə edən bəlli təşkilatlar var. Amazon.com və başqa bu tipli təşkilatlar… Bu təşkilatlara artıq müvafiq qaydada bildirişlər göndərilir. Azərbaycan üzərindən bu təşkilatlarda alqı-satqı edən tərəflərin hər birinin barəsində informasiya daxil olacaq. Bununla da iş adamı və ya adi vətəndaş bu alqı – satqını həyata keçirib, vergidən yayına bilməyəcək. Həmin təşkilatlardan daxil olan məlumatlar konkret iş adamının belə bir alqı-satqı etdiyini ortaya qoyacaq. Belə olan halda təbii ki, bu vəziyyət vergidən yayınma halı kimi qeydə alınıb, iş adamlarına vergidən yayınmaya görə cərimə tətbiq edilə bilər”.

“Məsələnin digər tərəfi isə, sifariş nəticəsində Azərbaycana mal gələrkən onun mənşəyi istər istəməz bəlli olacaq. O malı kim gətirir? Kim qəbul edir? Bu mal kimə göndərilir? Alqı-satqıda təbii ki, bu mal Azərbaycan ərazisinə daxil olan kimi o hallar araşdırılıb, yoxlanılacaq. Yəni, qaçmaq heç bir halda mümkün deyil. Bu səbəbdən də kiminsə bu yollarla vergidən yayınmasını düşünülməmiş bir addım kimi dəyərləndirirəm. Əgər pul köçürülüb, hər hansı bir elektron ticarətdən həmin təşkilata yönəldilib, mal alınırsa və iş adamı və ya adi vətəndaş bunu bəyan etməyib, bu yolla da vergidən yayınmaq istəyirsə, bunu etmək mümkün deyil. Çünki o, misal üçün hansısa təşkilatdan mal aldığı an onun haqqında məlumat daxil olacaq. Başqa bir yolla, yəni pulu başqa bir bankda yatırıb, ordan alqı-satqı etməklə də heçnəyə nail olmaq mümkün deyil. Çünki orda alqı-satqı edib, bütün hallarda bu malı Azərbaycana gətirmək lazımdı. Bunlar Azərbaycana gəlirsə, istər-istəməz vergiyə cəlb ediləcək”, – deyə sabiq nazir əlavə edib.

A24.Az məsələyə rəsmi münasibət öyrənmək üçün Vergilər Nazirliyinə rəsmi şəkildə sorğu göndərib. Məsələni diqqətdə saxlayacayıq…

Orxan Aslanlı