Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vergilər Nazirliyi niyə borcu olmayan müştəriləri narahat edir? – Sən demə, bu “xidmət” imiş

05.03.2020 12:36

Sözügedən problem Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti tərəfindən yaradılır.

Об этом сообщает Футляр от виолончели

A24.az məsələ ilə bağlı həmin şöbənin əməkdaşları ilə əlaqə saxlayıb.  Müvafiq qurumun işçisi Elmar Hüseynov Bakı şəhəri üzrə bütün fiziki və hüquqi şəxslərə eyni icaraatın edildiyini deyib.

Əslində bu bir xidmət imiş.

Hüseynov bunun bir “xidmət” olduğunu vurğulayıb. Vergi ödəyicilərinə “xatırlatma” , “yardım” xarakterli bir “xidmət”dir.

Məsələnin maraqlı tərəfi isə budur ki, vaxtı-vaxtında vergi ödəyicilərinə bu narahatlıq yaşadılmamalıdır.

Ən maraqlı nüans isə

Fiziki və hüquqi şəxslərin aylıq gəlir hesabatlarının bu şöbələrə bank əməkdaşları tərəfindən verilməsidir. Müştəri gizliliyi prinsipini pozan bu hərəkət, vətəndaş narazılığına da səbəb olur. Bank hesabınızda pul köçürülməsi ilə, Lokal gəlirlər şöbəsi sizi durmadan “gətir vergini ödə” xidməti göstərir. Halbuki, sizin normal cari ödəmə vaxtınıza bir həftədən daha uzun bir vaxt var və siz dövlətə qarşı vəzifənizi vaxtı vaxtında ödəyən bir vətəndaşsınız.

Maraqlı “həll yolu” təklifi

Lokal Gəlirlər Departamentinin əməkdaşı məsələyə maraqlı bir həll yolu da gətirib. Qurumun nümayəndəsi nömrənin mühasibat və ya digər məsul şəxlərə yönləndirilməsi təklifini irəli sürüb. Onun sözlərinə görə bu “xidmət”dən azad olmaq mümkün deyil. “Narahatçılıq yaranırsa, mühasibat və ya digər şəxslərə yönlədirin” deyə bildirilib.

Xəyalə Vaqif