Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vətən həsrətindən öpürəm bütün didərginlərin…

05.03.2020 12:36

Tək başına qısılıb bir otağın küncünə bir nəfərlik kədər yığıncağımda, vətən həsrətindən öpürəm bütün didərginlərin.
“Qonşulaaaar! Yoxdurlar….!”
O didərginlər ki, elə bir quru torpaq parçasındaca, bax elə bütün mənəvi yanğınların arasında, əhlini, əqlini və vicdanını tərk edir. Didərginlik əslində bir quru torpaq parçasından qopanda yox, xatirələrindən və keçmişindən, ənəlxüsus da vicdanından uzaqlaşanda başlanır. Bax onda yadlaşır, özünə və vətəninə.
Darıxmaq deyə bir duyğu icad etmişik öz aramızda. Öz aramızdı, yaman da dirəyir ağzımızı tupikə. Qalmışıq əlində, çabalaya-çabalaya. Bir sağdan döşəyir həsrət, bir soldan vurur hicran. Sözlər də axıb gedir, bir göz qırpımında. Dilimizin ucuna gəlib demədiklərimiz çıxacaq axırımıza. İçimizdəki həyəcan və təşviş ilə qucaqlamadıqlarımız…
Gözləri iri olub, gözəl olan bütün gözəllərin göz rənglərinə and olsun ki, darıxmağın yaşı insan tarixindən qədimdir. Darıxmaq olmasa insanın yaradılmağı da müəmma idi. Hər şeydən əvvəl söz var idi. “Darıxmaq!”
Xəzərin sahilində betonlaşmış o şəhər üçün… Yaxud da, bir birinə heç bir yerdə hörmət etməyi bacarmayan o sözbaz insanlar üçün. Polenli havası, küləkli aurasıyla, tərənnüm elədiyi mədəniyyəti gözümüzə soxan iylənmiş divarlar üçün.
Ramiz Rövşən misralarındakı qədər için için alışıb yanarkən bu sevgidən, insan daha faydalı olmağa can atarkən, badalaq gəlmək istəyən, sözbazlıq edən bütün o sistemin çarxlarında, sistemə kölə olmuş insanları qurtara bilmədiyimiz üçün keçirdiyimiz misli görülməmiş günahkarlıq hissinə rəğmən, bəlkə də elə bax bu səbəbdən, axtarırıq bir qağayı ki, köksümüzü döyən ölümə rəğmən qaçaq qurtulaq buralardan.
Adım belə öz adım deyil. “Qələndəri-Galandar” ediblər buralarda. Bizim torpaqlardan ayrılanda insan əvvəlcə adını itirir. İlk qopma “ə” hərfini itirəndə başlayır. Sonra isə köklü bir dəyişiklik başlayır. Bir də baxırsan ki, hansısa daşın üstündə daha münbit şəraitdə daha çox bəslənən ancaq kökü olmayan yosundan fərqli deyilsən və sən artıq yadsan özünə. Bütün antipatiyasına rəğmən məhz elə buna görə sevirəm mən “ə” hərfini.
Bir qarışqanın azad keçdiyi yerlərdən azad bir quş tək keçə bilmirsən. Paspooort… Vizaaa… Qınamıram da. Özümüzün özümüzə elədiyi naxələfliklərdən ötürüdür bütün bu nəfs ayrışmaları…
Otaq yaman soyuyub. Buralarda, soyuqlar da, pis keçən havalar da, ara verməyən yağışlar da bircə nəticə üçündür. Yazaq ürəyimizin dərinliklərindən bütün keçmişimizə və deyək ki:
Bağışla!
Keçdiyimizi, keçmişimizi, keçə bilmədiklərimizi! Özümüzə və onlara və digərlərinə.
Bir axşam elə taksidən düşüb, qapını döyüb, qayıda bilsək sevdiklərimizə… Desək ki, bütün o getmələrimiz ağ yalan idi. Getmədik buradayıq və köksümüzdən qopan nərə ilə içimizi çəkərək, dərindən alıb nəfəsimizi, deyək bir daha: Bağışla!
Gedən o qatara əl sallayan Oqtaydan fərqli olaraq, tutub Əsmərin əlindən “GETMƏ!” deyə bilsəydik… Ah!!! Gör necə dəyişmək olardı, o filmin sonunu.
Vətən nədir? – Sevdiklərimizin olduğu yer? Doyduğumuz yer? Doğulduğumuz yer?
ƏSLA!

Об этом сообщает Руспрес

Vətən xatirələrimizdir! Bizim hara getsək arxamızca gələn də elə vəfalı yardır onlar. Hər qadın belə xatirələr qədər vəfalı olmur. Qadınların cavanlığı kimi gəldi gedərdir, hüzün çalxantıları da.
“ Ən gözəl qadınlar qocalır, şair.”
Öyrəşdiyimiz, keçmişə dönüb baxanda gülümsədiyimiz… İnsan nankor olur adətən. Pisi saxlayır, yaxşını silir hafizəsindən. Ancaq qəribçilik girəndə ayağa qalxır, qayıdır bütün o gedən didərginlər. Nümayişkəranə bir şəkildə, lap elə ciddi, izdihamla yüyürürlər beyin divarlarının içərisində. Beyin özü yorulur, ürəyini yorur. Ürək də gözlərini sıxışdırır öz aləmində. Zillənir uzaqlara ki, yol çəksin gətirsin o yoldan içində səyriyən xatirələrini. Fəqət lənət olsun, əfsus ki, onlar keçmişində qalmaqdan məmnun şəkildə, alınmaz qalalarıyla tutur sinəndə məkan.
Otaqda bir lampa olmaq var idi. İşığından bəhrələnən insanlara baxarkən, xoşbəxt olmaqla keçərdi günün, oturduğun yerdən sadəcə enerjinlə faydan dəyərdi insanlara. Ətrafınızda elə adamlar yoxdur ki, varlığı belə sizi güclü hiss etdirsin? Çatışmayan nədir həyatınızda?
“Yorğunam durğunluğumdan, kar oldum yalnızlığımdan, lal oldum susqunluğumdan.”
Qorxursunuz, bilirəm. Düşünməyə də qorxursunuz. Cəsarətdən dəm vurarkən, nəzəriyyədə ağzınıza yerləşmir çullu dovşan, ancaq praktikada gizlənirsiniz özünüzdən. Vətəninizdə, özünüzü yosun edərkən… Sual verirəm:
Özünüzə gələ bilirsiz?
Yığıncaq Sona çatdı, Dağılışın!

Qələndər Məmmədli