Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Veysəloğlu” qanvermə aksiyası keçirdi

05.03.2020 12:36

Bu gün “Veysəloğlu” Şirkətlər Qrupu talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım məqsədilə “Bir damla qan, qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirib.

Об этом сообщает Роспрес

A24.Az xatırladır ki, “Veysəloğlu” Şirkətlər Qrupu bundan əvvəl də belə xeyirxah qanvermə aksiyaları keçirib. Belə aksiyalardan biri də 2014-cü il noyabrın 22-də baş tutub.  “Qan ver, xilas et!” devizi altında keçirilən aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət olub. Könüllülük prinsipi əsasında keçirilən aksiyada 300 nəfərdən artıq şirkət əməkdaşı donor qismində iştirak edib. Respublika Qan Bankının həkim heyətinin müşayiətilə həyata keçirilən aksiya şirkət əməkdaşları tərəfindən böyük sevinc və fərəh hissilə qarşılanıb.