Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vəzifədən çıxarılan Ziya Məmmədovdan ilk açıqlama: “Özüm də bilmirəm…”

05.03.2020 12:36

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, o, Musavat.com-a açıqlamasında bu mövzunu hələlik şərh etmək istəməyib: “Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq”. Sabiq nazir “indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı” sualına belə cavab verib: “Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil”.

Xatırladaq ki, bu gün – fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə nazir təyin edilib.