Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vəzifəyə təyin edilən azərbaycanlı məşhurlar -FOTO

05.03.2020 12:36

Azərbaycanda sevilən və qalmaqalları ilə yadda qalan elə məşhurlar var ki, onlar yüksək vəzifələrə layiq görülüblər.

Об этом сообщает Футляр от виолончели

A24.az onları sizə təqdim edir.

Söylədiyi romantik, qəmli şeirlərlə radio dinləyicilərinin qəlbinə yol tapan Çiçək ləqəbi ilə tanınan radio aparıcısı Şəhla Vakkas vəzifəli məşhurlardandır. Belə ki,  aparıcı Araz FM-in rəhbəri vəzifəsində çalışır.

Xatırladaq ki, Şəhla Vakkas Burc FM-də yayımlanan “Çiçəkli dəqiqələr” verilişi ilə məşhurlaşıb.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Samir Cəfərovu Gəncə Dövlət Filarmoniyasının rəhbəri təyin edib.


Azərbaycanın xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinə solist təyin olunub və ona fəxri diplom təqdim olunub.

Əməkdar artist Ədalət Şükürova da vəzifə verilib. Müğənni Kikboksinq Federasiyası tərəfindən Sumqayıt Regional Klubunun prezidenti təyin edilib.


Azərbaycanlı müğənni Rüfət Axundov da vəzifəyə təyin edilən məşhurlardandır. Müğənniyə Müdafiə Nazirliyinin nəzdində olan Mərdəkan Hərbi İstirahət Evində növbə rəisi vəzifəsi verilib.


Gülnar Nəbi Çingiz kimi tanınan müğənni  Abşeron rayonu, Xırdalan şəhərindəki 17 saylı bağçaya müdir təyin olunub.

Xatırladaq ki, sözügedən sənətçi əsasən el şənliklərində çıxış edir.O, həm də “Eurovision”un seçim turlarında iştirak edib.


Müğənni Elton Hüseynəliyevlə Azərbaycan Televiziyasının (AzTV) solisti təyin edilib.Bu haqda xəbəri mətbuata E.Hüseynəliyevin prodüseri Tarix Əliyev (Tolik) verib.

Müğənni  Aysel Əlizadəyə də vəzifə verilib. Sənətçi Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turzim İdarəsində yaradıcılıq kollektivinin bədii rəhbəri vəzifəsini icra edir.


Tanınmış prodüser Tolikə vəzifə verilib. Tolik Kumık Teatrının rejissoru və “Ulduz” prodüser mərkəzinin rəhbəri təyin olunub.

Xatırladaq ki, Tarix Əliyev (Tolik) bir neçə gün əvvəl Dağıstanın əməkdar mədəniyyət işçisi adına layiq görülüb.