Video oyunların inanılmaz faydaları, oynamaq zəkanız üçün faydalıymış- ARAŞDIRMA
05.03.2020 12:36Video oyunlara tələbat elə çoxdur ki, bu oyunları bazara çıxaran istənilən adam bir gündə milyoner ola bilər. Video-oyunlar həyatımızda önəmli yer tutmaqla yanaşı həm də vaxtımızı alır. Amma araşdırmalar bu oyunların əslində insan beyninin inkişafinda nə qədər faydalı olduğunu oraya çıxarıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az həmin araşdırmaları sizə təqdim edir:
“Vision Research” dərgisində yayınlanan məlumata görə, hər gün 5 saat oyun oynayan şəxslərin beynindəki diqqət funksiyaları ilə bağlı üç önəmli hissə (anterior cingulate, parietal lob ve frontal lob) daha yüksək səviyyədə işləyir. Prof. Dafn Bavelierin sözlərinə görə bu eyni zamanda bir neçə iş görə bilmə bacarığını da artırır.
Bavelierə görə, oyunlardan tam səmərəli istifadə etmək üçün onlara şəraba yanaşdığınız kimi yanaşın. Yəni doğru zamanda doğru miqdarda video oyun oynamaq lazımdır. Məsələn, yuxudan əvvəl oyun oynamaq olmaz. Gün ərzində 40 dəqiqə oyun oynamaq daha yaxşıdır.
Avtobusla yol gedərkən oyun oynayaraq vaxt keçirmək faydalıdır. Karolina Universiteti tərəfindən aparılan araşdırmaya görə “Candy Crush Saga” tərzi bəsit oyunları gün ərzində 30 dəqiqə oynamaq depresiya və anksyetenin qarşısını alır. Amma oyunun nə vaxt bitirmək lazım olduğunu sizə xəbər verəcək zəngli saata ehtiyacınız var. Çünki oyunda səviyyələri aşdıqca beyniniz özünü mükafatlandırmaq üçün davam edir və zamanın necə keçdiyindən xəbəriniz belə olmur.
Oyun repertuarınız nə qədər geniş olsa o qədər faydasını görəcəksiniz. “Molecular Psychiatry” dərgisində yayınlanan məqaləyə görə, “Mario” kimi platforma oyunlarnı oynamaq məkan anlayışı səviyyənizi artırır. Bu cür oyunlar eyni zamanda strateji planlama qabiliyyətini iş yaddaşını artırdığı deyilir. Bir başqa məşhur oyun “Tetdis”in yeməklərə və dərmanlara olan istəyi azaltdığı, travmadan sonra stres probleminin qarşısını alır və beynin inkişafını sürətləndirdiyi müşahidə olunub.

