Vitamin qaynağı olan pendir necə saxlanmalıdır? – Məsləhət
05.03.2020 12:36Süfrələrinizi bəzəyən pendiri necə saxlamağı bilirsinizmi?
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, kalsium, protein, A, B, D, E vitaminləri ilə zəngin olan pendir düzgün şəraitdə saxlamaq vitamin və tərkibindəki digər vasitələrin saxlanmasında böyük əhəmiyyət daşıyır. Pendirin ləzzətini itirmədən saxlamaq üçün mütəxəssislər +2-4 C-də, işıqsız mühitdə və mütləq soyuducuda saxlanılmasını diqqətə çatdırır.
Pendiri alarkən diqqətli olun…
-Pendiri alarkən son istifadə tarixinə nəzər yetirməlisiniz. Vaxtı keçmiş qida məhsulunu heç vaxt almayın. əgər alacağınız pendirin son istifadə tarixi indiki tarixə yaxındırsa, onu almayın. Çünki pendir dərhal yeyən deyilsiniz və onu uzun müddət saxlaya bilməyəcəksiniz.
-Qablaşdırılmasına fikir verin. Qabı deşilmiş, çatlamış, cırılmış və ya əzilmiş pendir almayın.
-Əgər qabın içərisindəki pendir görünürsə, rənginin dəyişmədiyinə əmin olun.
-Pendiri +2-4 C-də, işıqsız mühitdə və soyuducuda saxlayın.
-Əgər pendiri indi yeməyəcəksinizsə, onu qabından çıxartmayın. Yiyəcəyiniz qədər dilimləyin. Qabını açandan sonra ağzını yaxşıca bağlamaq lazımdır. Çünki əks halda pendir nəmliyini itirir, qoxusu və dadı dəyişir.
-Otaq temperaturunda, süfrədə qalan pendiri soyuducuda saxlanılan pendirin içinə qatmayın.
-Öz suyunda saxlanılan pendirləri aldıqdan sonra başqa qabda, lakin öz suyunda saxlamaq lazımdır.
-Ağ pendir qabından çıxaırldıqdan sonra xörək duzu əlavə edilmiş suyun içərisində saxlanılarsa, uzun müddət vitamin və ləzzətini itirməyəcək. Beləcə pendirin bərkliyi uzun müddət qorunub saxlanılacaq.
-Ağ pendiri oksigendən uzaqda saxlamaq lazımdır, kəsərkən isə bıçağın ağzını islatmağınız düzgün kəsməyinizə kömək edəcək.
Firuzə Alimova / A24.az

