Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Volkswagen”dən elektriklə çalışan avtomobil zavoduna 10 milyard avroluq İNVESTİSİYA

05.03.2020 12:36

Almaniyanın avtomobil şirkəti olan “Volkswagen” Çində elektriklə çalışan avtomobil istehsalına investisiya yatırmağı planlaşdırır.

Об этом сообщает Роспрес

A24.Az xarici mediaya istinadən xəbər verir ki, şirkət 7 il ərzində elektirk və hibridlə çalışacaq avtomobillərin istehsalı üçün 10 milyard avro investisiya yatırmaq niyyətindədir. Bu barədə Quançjou avtomobil sərgisində Volkswagen şirkətinin Çin bölgəsi üzrə təmsilçisi Yohem Hayçman məlumat verib.

Şirkət 2025-ci ilədək 40 yeni avtomobil modelini bazara çıxarmağı planlaşdırır. Bundan başqa, “Volkswagen” şirkəti normalara uyğun olaraq 2020-ci ilə qədər elektrik avtomobillərin istehsalının sayını 400 minə qədər artırmaq lazım olduğunu bildirib.

Yohem Hayçman bildirib ki, Volkswagen şirkəti tərəfdaş olduqları şirkətlərlə birgə, elektriklə işləyən avtomobillər üçün qoyulan kvotanı yerinə yetirəcək: “Çin 2019-ci ildə 10 faiz, 2020-ci ildə 12 faizə qədər elektrik və hobridlə çalışan avtomobillərin istehsalını artırmalıdır”, – deyə Hayçman əlavə edib.