Vüqar Əhməd Mehriban Əliyevaya qarşı çıxan Alışanovdan danışdı: “AzTv sədri qaliblərə…”
05.03.2020 12:36Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsinin qalibi olmuş gənc xanəndələr Birinci vitse-prezidentə müraciət etməyə hazırlaşır. 20-ə yaxın ifaçının iddiasına görə, Merhiban Əliyevaya müraciət etmələrinin səbəbi Azərbaycan Dövlət Televiziyasının (AzTV) rəhbərliyi tərəfindən onlara tətbiq olunmuş qadağalardır.
Об этом сообщает Футляр от виолончели
A24.az məsələyə aydınlıq gətirmək məqsədilə Muğam müsabiqəsinin son qalibi Almaxanım Əhmədlinin atası, professor Vüqar Əhmədin münasibətini öyrənib.
V.Əhməd baş verənlərdən xəbərsiz olduğunu bildirib:
“Qızım AzTV-yə təzə solist götürülüb, heç bir narazılığımız yoxdur. Hamı bilir ki, həmişə həqiqəti demişəm, yenə də həqiqəti deyirəm. Qızım AzTV-nin sədrindən də, kollektivindən də, Mədəniyyət kanalının rəhbərindən də razılıq edir. Bizim heç bir problemimiz yoxdur. Əksinə, rəhbərlik hər zaman qaliblərə, “Gran-Pri” qazanan Almaxanıma da qayğı göstərir. Arif Alışanov 3 dəfə Almaxanımı qəbul edib, problemlərini soruşub. İndi də ifa etdiyi dəsgahları lentə aldırır, dekabrın 8-də də Muğam Mərkəzi ilə Mədəniyyət kanalının dəstəyi ilə konserti olacaq.
Ailəmiz Birinci vitse-prezidentdən də çox razıdır ki, belə bir müsabiqənin keçirilməsinə şərait yaratdı. Narazı olan şəxslərdən də xəbərimiz yoxdur, ümumiyyətlə məsələdən bixəbərəm”.
Xatırladaq ki, gənc muğam ifaçıları AFN-ə bunları deyib: la müqavilə bağlanıb götürülüblər: “Rəsmi əmək müqaviləsi bağlandı, AzTV-yə solist kimi işə götürüldük. Lakin bir müddətdən sonra bizə bildirildi ki, ictimai əsaslarla iş prinsipinə keçilir. Bizə verilən əməkhaqları (420 manat yazılıb 350 manat verilirmiş-red.) kəsildi, il yarımdır əməkhaqqı almırıq. Müqaviləmiz olan vaxt bizə AzTV, “İctimai” TV, “Mədəniyyət” və “İdman” kanallarından başqa heç bir kanala çıxmağa icazə vermirdilər. İctimai əsaslara keçdikdən sonra bu barədə heç bir qadağa tətbiq olunmadı, biz də müxtəlif kanallardan gələn dəvətləri dəyərləndirməyə başladıq. Bu müddət ərzində AzTV-yə dəfələrlə müraciət etməyimizə baxmayaraq, bizi verilişlərə çıxartmırlar. Adları çəkilən digər kanallar isə bizdən pul istəyirlər, xüsusilə də “İctimai” TV. İndi bizə Az.TV-dən zəng edib deyirlər ki, sədr əmr edib, yuxarıda adları qeyd edilən TV-lərdən başqa heç bir TV-yə çıxmamalıyıq. Bizə bu haqda Az.TV-müvafiq qurumlarından zəng edərək bildiriblər. Bu, Arif Alışanovun özbaşınalığından başqa bir şey deyil. Adımızı solist siyahısına yazıb, heç bir əməkhaqqı ödəmədən, verilişlərə çıxarmadan bizi inkişaf etməyə, tanınmağa qoymamaq cəhdinə başqa ad verə bilmirik. Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox uğurlu bir təşəbbüs irəli sürüb, gözəl layihə reallaşdırılıb. Amma təəssüflər olsun ki, Arif Alışanov kimiləri bu uğura, nəcib təşəbbüsə kölgə salırlar, uğurunu azaltmağa çalışırlar”.
20-yə yaxın sənətçi üzləşdikləri problemlə bağlı Heydər Əliyev Fonduna və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşdıqlarını da deyiblər. Hesab edirlər ki, M.Əliyeva onlara növbəti dəfə dəstək göstərəcək və A.Alışanovun özbaşınalığının qarşısını alacaq: “Bizim heç olmasa Az.TV-də, İTV-də proqramlara çıxışımızı təmin etsələr, bu kanalların səsyazma studiyalarında lentlərimizin yazılmasına şərait yaratsalar, qoyduqları qadağada haqlı saymaq olar. Arif Alışanov əzərə almalıdır ki, biz xalqın sənətkarı olmaq, səsimizi, istedadımızı xalqa həsr etmək istəyirik. Bizə qadağa tətbiq edərək o, nəcib təşəbbüsü dəyərdən sala bilməz!”

