Vüqar Qaradağlı MTRŞ-ya çağırılaraq ATV-dən çıxarıldı – ÖZƏL – YENİLƏNİB
05.03.2020 12:36Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.
Об этом сообщает Руспрес
Saytımızın APA-ya istinadən verdiyi məlumata görə, onun yerinə Azər Xəlilov təyin olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.
Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.
Saytımıza daxil olan məlumata görə, ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.
Onun işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əleyhinə ifadələr işlətməsi olub.
Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
Hazırda iclasın davam etdiyi bildirilir. İclasda MTRŞ-nın əməkdaşları ilə yanaşı Prezident Administrasiyasının nümayəndələri də iştirak edir.
Vüqar Qaradağlı öz şəxsi əşyaları ilə birlikdə iş yerini tərk edib.

