Whatsapp”-da uşaq pornosu yayanlar ələ keçməyə başladı
05.03.2020 12:37İspaniya Polis İdarəsi, Ameripol və İnterpolun birgə işbirliyi ilə 15 ölkədə “Whatsapp” üzərindən uşaq pornosu paylaşımı edənlərə qarşı əməliyyat keçirilib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, əməliyyat “Whatsapp” la uşaq pornosu yayan virtual şəbəkəyə qarşı 15 ölkədə keçirilib və 50 nəfər saxlanılıb.
İspaniya Baş Polis İdarəsindən verilən yazılı açıqlamaya görə, bu paylaşımı edənlərə böyük zərbə endirilib. İspaniya kiber polislərinin apardığı istintaq nəticəsində, ispanca danışan ölkələrdə uşaq istismarına yönələn görüntü və səs faylları yayan proqram aşkar edilib.
Əməliyyat çərçivəsində İspaniyada 11, Kolumbiyada 7, Boliviyada 7, Braziliyada 3, Çilidə 4, Kosta Rikada 3, Dominikan Respublikasında 2, Qvatemalada 2, Meksikada 2, Paraqvayda 2, Venesuelada 2, Uruqvayda 2, Panamada 1, Nikaraquada 1, İtaliyada 1 nəfər olmaqla 50 nəfər saxlanılıb.
Nərmin Kərim, A24.Az

