Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“WhatsApp” hamının gözlədiyi yeniliyi işə salır

05.03.2020 12:37

Hər keçən gün istifadəçi sayı durmadan artan dünyanın ən məşhur ani mesaajlaşma xidməti “WhatsApp”a daha bir özəllik gəlir. Həm də uzun müddətdir gözlənilən yenilik.

Об этом сообщает Руспрес

İstiPress-in məlumatına görə, yaxında mesajlarınızı silməyə başlayacaqsız. Niyə? Səhv, istənmədən göndərilən, sonradan peşmançılıq yaradan mesajlar xidmət istifadəçilərinin ən böyük problemi idi.

“WhatsApp” nəhayət maraqla gözlənilən yeniliyi “Android” və iOS cihazlarında testdən keçirməyə başladı. Göndərilən ismarışlar qarşı tərəf onu oxuyana kimi silinə biləcək. Bundan sonra isə “bu mesaj silinib” deyə xəbərdarlıq gələcək.

Bundan başqa artıq göndərdiyiniz mesajların nə zaman oxunduğunu da biləcəksiniz. Məsələn, siz bir yaxınınıza mesaj göndərmisiniz. Lakin qoşa mavi xəttin nə zaman düşdüyünü bilmək istəyirsiz. Bunun üçün göndərilən mesajın üzərinə basmaqla “məlumat” xanasını seçə və mavi qoşa xəttin nə zaman düşdüyünü öyrənə bilərsiz.