“WhatsApp” niyə işləmir?- Nazirlikdən açıqlama
05.03.2020 12:37Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “WhatsApp” mesencerinin fəaliyyətində yaranan problemə aydınlıq gətirib.
Об этом сообщает Руспрес
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, messengerin fəaliyyətindəki problem internetlə bağlı deyil.
“Bu, proqramda yaranmış problemdir. Qlobal məsələdir və bizim mütəxəssislərimiz məsələni araşdıracaqlar. Problemin nədən qaynaqlandığı barədə ictimaiyyətə məlumat veriləcək”- məlumatda qeyd edilib.
Qeyd edək ki, bu gün “WhatsApp” messengerinin fəaliyyətində problem yaranıb. İstifadəçilər “WhatsApp” vasitəsilə ismarıc göndərə bilmirlər. Problem Azərbaycanla yanaşı dünyanın bir çox ölkəsində müşahidə olunur.

