Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“WhatsApp”a yeni funksiyalar əlavə olundu

05.03.2020 12:37

“WhatsApp”ın yeni versiyasına bir neçə gün öncə beta versiyada test edilmiş funksiyalar əlavə edilib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Technote-yə istinadən xəbər verir ki, bundan sonra istifadəçilər “şəkil içində şəkil” videozənglərindən istifadə edə və öz statuslarında rəngli mətnlər yerləşdirə biləcəklər.

Bundan sonra istifadəçinin videozəng zamanı tətbiqdə qalmağı şərt olmayacaq. O, tətbiqi bağlayaraq videozəngdən istifadə edə biləcək. Beləliklə istifadəçi videozəngdən istifadə edərək smartfonda digər işlərini də görə bilər.

Daha bir yenilik isə mətnli statuslar ilə bağlıdır. Bundan sonra istifadəçi öz əhval-ruhiyyəsinə uyğun olaraq statusdakı fon rəngini dəyişdirməklə öz statusunu yeniləyə bilər. Siz hansısa mətni yazırsınız, daha sonra fon rəngini seçirsiniz və mətn şriftini istədiyiniz kimi dəyişirsiniz. Siz hətta həmin mətnə digər saytların linklərini də əlavə edə bilərsiniz.

Həmçinin, foto və videoları bir birinə qoşaraq onları “Snapchat”dakı kimi təqdim edə bilərsiniz.