“WhatsApp”dan arzulanan YENİLİK gəlir
05.03.2020 12:37“WhatsApp” tərtibatçıları əlavədə istifadəçinin real vaxt rejimində yerləşdikləri yer barədə məlumatı qeyd etmək imkanını reallaşdırıblar.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın xəbərinə görə, messencerin rəsmi bloqunda bildirilir ki, geoməlumatlar istifadəçinin harada yerləşdiyi barədə məlumat verməSI üçün ən etibarlı və sadə vasitədir: “Siz dostlarınızla görüşmək, onlara sizin təhlükəsiz yerdə olduğunuz barədə məlumat vermək və öz istiqamət marşrutunuzu bölüşmək üçün geoməlumatlardan istifadə edə bilərsiniz”.
Geomövqenin yayımı şifrələnmə ilə müdafiə olunub və istifadəçiyə onun məhz kiminlə – bu, hər hansı əlaqə nömrəsi və qrup da ola bilər, – həmçinin hər hansı vaxta qədər və müddət ərzində məlumatların bölüşməsini müəyyən etməyə imkan verəcək. Geomövqenin ötürülməsi ilə bağlı məlumatı istənilən zaman söndürmək mümkündür.
“WhatsApp”da bildirirlər ki, yeni funksiya yaxın həftələrdə “Android” və iOS əməliyyat sistemlərində istifadəyə veriləcək.
Qeyd edək ki, geoməlumatların yayımı “Telegram” messencerində də mövcuddur.

