Xaçmazda DƏHŞƏTLİ CİNAYƏT! Kişi məşuqəsini baltaladı
05.03.2020 12:37
Bu gün Xaçmazın Şimali kəndində kişi məşuqəsini baltalayıb. Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, hadisəni törədən 38 yaşlı Samir Qaçıyev bir müddət əvvəl Gülnaz Ələkbərovanın qızını qaçırıb və üç gündən sonra geri qaytarıbmış. Gülnaz Ələkbərova bu gün səhər saatlarında Samirin yaşadığı evə gələrək onunla mübahisə edib. İndi polis və prokurorluq əməkdaşları 47 yaşlı Gülnaz Ələkbərovanın Samir Qaçıyevlə münaqişəsinin əsl səbəblərini araşdırır. Onların şəxsi yaxınlıqlarının olub-olmadığı da bu araşdırmalar nəticəsində məlum olacaq. Artıq Xaçmaz polisi özündən 10 yaş böyük qadına balta zərbələri endirmiş Samir Qaçıyevi saxlayıb.
Об этом сообщает Футляр от виолончели
Qeyd edək ki, hadisə haqqında ilkin məlumatlarda baltalanan şəxsin Samir Qaçıyevin məşuqəsi olduğu bildirilir. Faktla bağlı Xaçmaz prokurorluğunda cinayət işi açılıb.

