Xaldan-Mingəçevir yolunda iki avtomobil toqquşdu: Yaralılar var
05.03.2020 12:37Yevlax rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Об этом сообщает Роспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Xaldan-Mingəçevir yolunda qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hər 3 yaralı xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.

