Xalq artistlərdən “Selfinaz”a münasibət: “Mən nə vaxt belə yüngül şeylərə münasibət bildirmişəm?”
05.03.2020 12:38Aktyor Fərda Aminin “Selfinaz” adlı “stand-up” şousu bir neçə ay öncə nümayiş olunsa da, son günlər daha çox gündəmə gəldi. Şou internetdə nümayiş olunandan sonra daha geniş kütlə tərəfindən izləndiyindən aktyorun işini təqdir və tənqid edənlərin səsi eşidilməyə başladı.
Об этом сообщает Футляр от виолончели
A24.Az Azərbaycanın xalq artistlərinin “Selfinaz” şouya olan münasibətini öyrənib:
Firəngiz Mütəllimova: Mən “Selfinaz”ı izləmişəm. Çox bəyənmişəm. Demək istəyirəm ki, Fərda Azərbaycanda təkdir. İşini bacarır. Mən hətta onu “İnstagram”da da izləyirəm. Fərdaya uğurlar arzulayıram.
Arif Quliyev: “Hələki baxmamışam. Ancaq mənim Fərdaya böyük hörmətim və rəğbətim var. Onun istedadına inanıram. Özünə də demişəm. Fərda, Elməddin – bu gənclər çox bacarıqlıdırlar”.
Afaq Bəşirqızı: “Mən niyə ona baxmalıyam. Qəribə adamlarsız. Biz xalq artistləri bəyəm Nizami kinoteatrında yatırıq? Siz mənə sual verin klassikadan, ağır mövzulardan. Mən nə vaxtdan belə yüngül şeylərə münasibət bildirmişəm? Ümumiyyətlə, xalq artistlərini belə şeylərə görə niyə narahat edirsiniz?”
Ramiz Novruz: “Selfinaz” şouya baxmamışam. Amma Fərdanın çəkildiyi bir neçə komediyaya baxmışam. Fərda maraqlı keyfiyyətləri olan gəncdir. Sadəcə filmlərdə aktyor kimi düzgün istifadə olunsa, ortaya maraqlı iş çıxarmaq olar”.
Ağaxan Salmanlı: Mən hələki baxmamışam. İnternetdə varsa mütləq baxacam. Amma Fərda ilə bir filmə işləmişik. Çox məsuliyyətli, bacarıqlı, işinin öhdəsindən gələn aktyordur. “Selfinaz” haqqında isə baxmadığımdan bir söz deyə bilmərəm.
Sərdar Amin

