Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xameneiyini Hitlerə bənzətdi – Görün, İrandan nə cavab gəldi…

05.03.2020 12:38

Tehran-Riyad arasındakı strateji gərginlik davam etməkdədir. Belə ki, Vəliəhd Şahzadə Salmanın İranın dini lideri Xameneiyini Hitlerə bənzətməsi sərtliklə qarşılanıb.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözcüsü Bəhram Qasımi Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadə Muhamməd bin Salmana çox sərt cavab verib. Salmanı axmaq kimi təsvir edən sözçü Vəliəhdin Xameneiyini üçün söylədiyi sözləri oyuncaq və axmaqlıq adlandırıb:

“Səudiyyəli vəliəhd bölgəsindəki pis şöhrətpərəstlərin yolu ilə gedərkən onların aqibətini də düşünməlidir” deyən Bəhram Qasımi şahzadəyə sözləri ilə gözdağı da verib.

Qeyd edək ki, Amerikanın “New York Times” qəzetinə müsahibə verən Şahzadə Salman İran dini lideri Əli Xameneiyi üçün “Orta Şərqin yeni Hitleri” ifadəsini işlədib.

Firuzə Alimova / A24.az