Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xaricdə dini təhsil alanların Azərbaycan mədəniyyətinə vurduğu ZƏRBƏ

05.03.2020 12:38

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuata açıqlamasında deyib ki, ölkədə anormal dindarlaşma halları var.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, bu kimi halların təkcə İslam dinində mövcud olmadığını deyən G. İsmayılov qeyd edib ki, bura dini ekstremizm, ailə dəyərlərinin deqradasiyaya uğraması amilləri daxildir: “İslam dinində şəriət eyni olsa da, mədəniyyətlər fərqlidir. Din pərdəsi altında xalqlara məxsus həyat tərzi islam həyat tərzi kimi təqdim olunur. Nəticədə Azərbaycan ailəsi ərəbləşir, farslaşır. Yad ailə modelləri bizim üçün təhlükədir. Əgər ənənəvi ailə institutu laxlayacaqsa, təbii ki, son nəticədə milli dövlətçiliyə zərbə dəyəcək. Etiraf edək ki, İslamda 4 qadınla ailə qurmağa icazə verilir. Ancaq bu, ərəb mədəniyyətinə xasdır. Azərbaycan mədəniyyətində bu qəbul olunmur. İslam isə bu mədəniyyətlərin heç birini inkar etmir”.

Gündüz İsmayılovun dedikləri ilə bağlı fikirlərini “moderator.az”la bölüşən ilahiyyatçı Elşad Miri  bildirib ki, Komitə rəsmisinin söylədiklərində həqiqət payı çoxdur: “Səudiyyə Ərəbistanında təhsil alanlar ərəb mədəniyyətini, ərəb həyat tərzini təbliğ etməyə çalışırlar. Özü də bu mədəniyyət islamla calaşdırılaraq təqdim olunur. Camaat da elə bilir ki, islam mədəniyyəti, kültürü budur. Bundan başqa İranın Qum şəhərində yetkinlik dövrünü, gəncliyini keçirmiş insanların təxminən bu cür davrandıqlarını müşahidə etmək olar. Geyim tərzi, danışıq dəyişir, Azərbaycan sözlərini fərqli tələffüz edirlər. Türkiyədə təhsil alan gənclərdə də bu cür dindarlaşmanı müşahidə etmək mümkündür. Bütün bunları nəzərə alanda Gündüzün dediklərində çox böyük həqiqət var”.

Elşad Miri bu prosesin qarşısını almaq üçün lazım olan addımlardan da danışıb: “Prosesin qarşısının alınması üçün milli kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirilməlidir. Bu şəxslərə Azərbaycan tarixi, mədəniyyəti və digər fənlər də tədris olunmalıdır ki, belə anormal dindarlaşmanın qarşısı alınsın”.

Новости

Теги