Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Xaricdə şopinq festivallarda satışa çıxarılan məhsulun 70%-i yerli istehsal olur, bizdə isə…” – İQTİSADÇIDAN ŞƏRH

05.03.2020 12:38

“İldə azı 2 dəfə, bəzən hətta 3 dəfə İstanbul, İzmir, Ankara kimi böyük şəhərlərdə şopinq festivallar keçirilir. Bu şəhərlərdə keçirilən şopinq festivallarda satışa çıxarılan məhsulların azı 70%-i yerli istehsal olur. Bu da həm yerli istehsalçılara, həm yerli ticarət şəbəkəsinə kömək olur, həmçinin də turistlərin  diqqətini çəkmiş olur. Turistlər həm ticarət edirlər, həm də şəhərləri gəzmiş olurlar. Azərbaycanda yerli istehsal yoxdur.  Belə olan halda da Vergilər Nazirliyini başa düşürəm”.

Об этом сообщает Футляр от виолончели

Bunu A24.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli paytaxtda keçirilən Bakı Şopinq Festivalına, həmçinin bu festivalda “tax free” xidmətinin tətbiq edilməsinin ölkəyə daha çox valyuta gətirəcək fikirlərinə münasibət bildirərkən deyib.

İqtisadçı əvvəlcə “tax free” xidmətinin xarici ölkələrdə il boyu fəaliyyət göstərdiyindən söz açıb:

“Normalda il boyu ölkədə “tax free” xidməti fəaliyyətdə olur. Çox uzağa getməyək, yaxın qonşumuz Gürcüstanda tax free xidməti bütün alış veriş mərkəzlərində, dükanlarda tədbiq olunur. Xarici vətəndaş alış-veriş edərkən paytaxt Tbilisidə, ya da sərhədi keçərkən öncədən müraciət etməklə “tax free” xidmətindən istifadə edib, həmin vergiləri geri ala bilir”.

“Yəni tax free xidmətinin şopinq festivalla bir başa əlaqəsi yoxdur. Azərbaycan məmurları ya dünyanı yaxşı öyrənə bilmirlər, ya da bu anlayışları qarışdırırlar. Ona görə də bu məsələləri bir birinə bağlayıblar. “Tax free” il boyu fəaliyyət göstərməli olan normal xidmət növüdür. Bütün ölkələrdə bundan belə istifadə edir”, – deyə ekspert əlavə edib.

N.Cəfərli şopinq festivallardan danışarkən misal olaraq qonşu Türkiyəni örnək göstərdi:

“Vətəndaşlarımızın çox tez tez getdiyi ölkədir. İldə azı 2 dəfə, bəzən hətta 3 dəfə İstanbul, İzmir, Ankara kimi böyük şəhərlərdə şopinq festivallar keçirilir. Bu şəhərlərdə keçirilən şopinq festivallarda satışa çıxarılan məhsulların azı 70%-i yerli istehsal olur. Bu da həm yerli istehsalçılara, həm yerli ticarət şəbəkəsinə kömək olur, həmçinin də turistlərin  diqqətini çəkmiş olur. Turistlər həm ticarət edirlər, həm də şəhərləri gəzmiş olurlar”.

Səsləndirdiyi fikirlərlə yanaşı, iqtisadçı Azərbaycanın yerli istehsal məhsullarının olmadığında vurğulayıb:

“Azərbaycanda yerli istehsal yoxdur.  Belə olan halda da Vergilər Nazirliyini başa düşürəm. Yerli istehsal demək olar ki, yoxdur. Xarici brendlərə belə bir tax free tətbiq etmək və şopinq festivalın iştirakçısı kimi elan etmək, sadəcə qarşıya qoyulmuş məqsədə çatmaq üçün atılmış addım deyil, tapşırıqların formal olaraq yerinə yetirilməsidir. Çox təəssüf ki, belə bir təəssürat yaranır”.

“Çünki bunun fəlsəfəsi, yanaşmaq qaydası tam fərqli olmalıdır. Bu o zaman effekt verir ki, yerli istehsalçıları dəstəkləsin,  doğurdan da turistlərin cəlb olunmasında mühüm rol oynasın. Bunların heç biri yoxdur. Və hətta tez  tez təkrarlanan bir arqumentdə var ki, şopinq festival ölkəyə çoxlu valyuta gətirəcək. Amma tam tərsinə əgər doğurdan da bu geniş yayılsa və alış verişə müsbət təsir göstərsə, ölkədə satılan məhsulların tamamına yaxın xaricdən gətirildiyi üçün alış verişin həcmi artdıqca ölkədən çıxan valyutanın da həcmi də artır. Çünki məhsulu valyuta ilə alıb gətirirlər”, – deyə iqtisadçı bildirib.

Natiq Cəfərli sonda əlavə edib ki, ölkədə tətbiq olunacaq xidmətlərlə bağlı əvvəlcə dünya praktikası daha yaxşı öyrənilsə, effektli olardı:

“Yəni bu şopinq festivaldı, “tax free”di bunun fəslsəfəsini dünyada  tətbiq olunma qaydalarını ciddi şəkildə öyrənib sonra tətbiq etməkdə fayda var idi. Amma çox təəssüf ki, Azərbaycanda məmurlar dünya təcrübəsini öyrənməkdənsə, tez və keyfiyyəti olmadan tapşırığı yerinə yetirməklə məşğuldurlar. Ona görə də atdıqları addımlarda ciddi effekt vermir”.

Orxan Aslanlı