Xarici İşlər Nazirliyinin 350 diplomatı işdən çıxarıldı
05.03.2020 12:38Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sensasion açıqlama verib. A24.Az xəbər verir ki, nazir FETO araşdırması çərçivəsində 350 diplomatın vəzifə səlahiyyətlərinə xitam verildiyini bildirib.
Об этом сообщает Руспрес
Nazir açıqlamasında belə deyib:
“16 iyul-7 noyabr 2016 tarixləri arasında vəzifədən uzaqlaşdırılmaqla barələrindəki araşdırmalar davam edən XİN diplomatları var. Qeyd edilən tarixlər arasında XİN-in 408 əməkdaşı dövlət işindən uzaqlaşdırılıb. Bu çərçivədə 350 diplomat ilə birlikdə 58 digər kateqoriyalı məmur da dövlətdə tutduqları vəzifələrdən uzaqlaşdırılıb. Bu müddət ərzində işdən çıxarılanların heç biri vəzifələrinə geri qaytarılmayıb”.

