Xarici sort göyərçinləri artıran Lənkəran sakini – VİDEO
05.03.2020 12:38Lənkəranın Velədi kənd sakini Cabir Məmmədov 50 ilə yaxındır göyərçin saxlayır.
A24.Az məlumat verir ki, uşaq yaşlarından yaranan həvəs onun bu gün maraqlı hobbisinə çevrilib.
Əvvəllər əsasən yerli növlərə üstünlük verən quşbaz, hazırda daha çox xarici ölkələrdən gətirdiyi göyərçinləri bəsləyir. 7-8 növ olan bu quşların sayı 60-a yaxındır. Onun saxladığı göyərçinlərin içərisində ən fərqlisi Pakistandan gətirtdiyi sortlardır. Bu növlərin əsas xüsusiyyəti onların daha çox uçmasıdır.
Quşbaz Cabir Məmmədovun əsas məksədi quşların sortlarını artırmaqdır. Xarici sortları yerli şəraitə ugunlaşdırmaq çətin olur.
Göz oxşayan göyərçinlərin qiyməti də sortlarından asılı olaraq dəyişir. Onun satdığı göyərçinlər 50 – 150 manat arasında dəyişir.
Об этом сообщает Футляр от виолончели

