Xərçəng olan müğənni hicab bağladı
05.03.2020 12:38Xərçəng diaqnozu qoyulan məşhur türkücü Güler Işık Ümrə ziyarətində yaxşılaşacağına işarə edilən bir yuxu görüb. Röyası doğru çıxıb və şəfa tapan müğənni hicab bağlayıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, “Dişi İbrahim Tatlısəs” ləqəbli məşhur türkücü Güler Işık ani bir qərarla hicab bağlayıb, namaza başlayıb. Güler Işık həyatındakı bu ani dəyişikliyin niyə və necə gerçəkləşdiyini bir verilişdə danışıb.
Təqribən iki il yarım bundan əvvəl sinəsində sərtlik və ağrı hiss edən ifaçı həkimə gedib. Həkim sinəsindəki silikonu çıxarıb və Işıka döş xərçəngi diaqnozunu qoyub. Həkimindən aldığı cavabla ifaçı çox pis olub və xəstəxanada özünü yerdən-yerə vurub.
Xərçəngə qarşı müalicəyə başlayan Işık Ümrə ziyarətinə getməyə qərar verib. Ümrə ziyarəti zamanı şəfa tapmaq üçün dua edən və yaxşılaşmasına dair Allahın ona bir işarə göndərməsini istəyən Işık gecə onu təsirləndirən bir yuxu görüb. Türkücü yuxusunda qoltuğunun altından 3 ədəd böcəyin çıxdığını görüb. Ümrə ziyarətindən sonra əməliyyat olan Işık qoltuğunun altındakı xərçəng hüceyrələrinin yox olduğuna şahid olub.
Yuxusu doğru çıxan və duasının qəbul olunduğunu deyən Işık verdiyi qərarla hicab bağlayıb və namaza başlayıb. Bundan sonra səhnə həyatına fasilə verməyəcəyini söyləyən Işık spirtli içki olmayan məkanlarda, xına gecələrində səhnəyə çıxacağını söyləyib.

