Xərçəng riskini artıran 5 yanlış – ARAŞDIRMA
05.03.2020 12:38Bu günə qədər bədəninizə yaxşı baxdığınızı və hər şeyin yaxşı getdiyini düşünürsünüz!? Lakin unutmayın ki, xərçəng sizi hazırlıqsız da yaxalaya bilər. Həmçinin siz fərqinə varmadan xərçəng riskini artıra biləcək bəzi yanlışları da edə bilərsiz. Son araşdırmalar xərçəngə qarşı özünüzü qorumağın yeni yollarının olduğunu söyləyir.
Об этом сообщает Футляр от виолончели
Yanlış 1: Kifayət qədər yatmırsınız
Edilən araşdırmalara görə gündə 6 saatdan az yatan insanların qalın bağırsağında kolon xərçənginə səbəb ola bilən şişlərin yaranma riskinin 50 faiz çox olduğunu göstərir. 6 saatdan az yatdığınız zaman bədən yuxu hormonu olan melatonini kifayət qədər istehsal edə bilmir. Metalonin hormonu, hüceyrələr yaradan və xərçəng riskini azaldan bir antioksidant işini gördüyündən bədənin kifayət qədər melatonin istehsal etməməsi ciddi bir problem yarada bilər. Odur ki, saatınızı təkcə səhərlər durmaq üçün deyil, gecə də yuxu vaxtınızın gəldiyini xatırladacaq zəngi qurun.
Yalnış 2: “E” vitamini qəbul edirsinizsə
“E” vitamini ağciyər xərçəngini azaldan bir antioksidantdır. Lakin həddən artıq yeyildiyində bir ANTİ-antioksidanta çevrilə bilər və DNA-ya zərər verərək xərçəngin yaranmasına yol aça bilər. Bu günə qədər “E” vitamini qızdırma xəsətliyi zamanı məsləhət görülürdüsə, ancaq yeni araşdırmalar uzun müddət qəbulunun zərərli olduğunu göstərir. “E” vitamini üçün günlük 20 mq yeməyiniz məsləhət görülür. Bu zaman sizin əlavə “E” vitamini almağınıza ehtiyac olmayacaq. Belə ki, gübdə 1-2 ovuc yaşıl fısdıq yeyərək günlük bu ehtiyacı qarşılaya bilərsiz.
Yalnız 3: Davamlı olaraq dişlərinizi fırçalamır və ya diş sapından istifadə etmirsinizsə
Son zamanlar aparılan araşdırmalar ağıztəmizliyinə diqqət edilməməsinin döş xərçəngi daxil olmaqla, bir çox xərçəng xəstəliklərinə yol açdığını göstərir. Edilən bir araşdırmada diş ətində xəstəlik olan qadınlarda olmayanlarla müqayisədə döş xərçənginə tutulma riski 75 faiz çoxdur. Dişlərinizi davamlı olaraq fırçalamasanız və diş sapından istifadə etməsəniz ağızda bakteriya və diş ətində iltihab yaranır. Bu isə xərçəng riskini artırır. Odur ki, dişlərinizi lazımi şəkildə və təqribən 2 dəqiqə olmaqla fırçalayın və diş sapından istifadə edin.
Yanlış 4: Hər gün fərqli vaxtlarda yemək yeyirsinizsə
Günorta yeməyinizi hər gün fərqli vaxtda yediyiniz zaman bədəniniz stresə girər. Kortizolun, yəni stress hormonunun artmasına səbəb olar. Yeksək miqdarda Kortizol insulinin fırlanmasına yol açır. Bu isə bir çox xərçəng riskini artırır. Odur ki, dayanıqlı yemək planı qurun və ona bağlı qalın. Yanınızda sağlam qidalar daşıyın ki, acıdığınız zaman atışdırasız. Alma, quruyemiş kimi balaca və sağlam qidalara üstünlük versəniz aclıq krizlərinin qarşısını ala bilərsiniz.
Yanlış 5: Çox az yağlı yemək yeyirsinizsə
Yağı azaldılmış və ya yağsız olaraq etiketlənmiş peçenye və ya keks kimi qidalar çəki vermək istəyən insanları aldadır. Bu məhsullara içindən çıxarılan yağın verdiyi ləzzəti verə bilmək üçün çoxlu miqdarda karbohidrat və şəkər vururlar. Bu isə insulinin artmasına və kökəlməyə səbəb olur. Nə zaman yağsız bir diyet məhsulu alsanız, omega-3 kimi xərçəng riskini azaldan sağlam yağdan imtina etmiş olursunuz. Ona görə də hərdən dadlı bir şeylər yemək istəyirsinizsə peçenye və ya bənzəri qidaların yağlı olanını alın. Tərkibində nə qədər yağ olsa da siz onu daha az yeyəcəksiniz.

