Xərçəng xəstəliyinə yol açan peşələr – SİYAHI
05.03.2020 12:38Bu günün ən çox yayılan xəstəliyi xərçəng bəzən genetik, bəzən də ekoloji səbəblərə yol açır. Xərçəng xəstəliyi işlədiyimiz peşələrdən dolayı sağlamlığımız üçün risk faktoru ola bilir.
Об этом сообщает Роспрес
Saytımız xərçəng riski daşıyan peşələri və diqqət edilməsi məqamları təqdim edir:
1 – Mütəxəssislər fabrik, inşaat, plastik maddə, qablaşdırma kimi işlərdə istifadə edilən boyalara məruz qalan insanların müxtəlif xərçəng xəstəliyinə tutula biləcəyini söyləyir. Bu kimi iş yerlərində çalışanların daha çox qan və ağciyər xərçəngindən əziyyət çəkdiyi bildirilir.
2 – Taxta sexində işləyən işçilər və emalatxanalarda uzun müddət taxta tozu udan və ağac emalında istifadə edilən xam maddələrə məruz qalan insanlar daha çox burun və hava yolları xərçəngindən əziyyət çəkir. Həmçinin ağciyər xərçəngi və mezotelioma kimi xəstəliklərə tutulma riski çoxdur.
3 – Yüksək radiasiyaya məruz qalan iş yerlərində də onkoloji xəstəliklərə tutulma riski daha yüksəkdir. İonlaşdırıcı radiasiyasiyaya məruz qalan insan tiroid və qan xərçənginə asanlıqla tutula bilir.
4 – Daşın axtarışı, emalı, çıxarılması, kəsilməsi və yonulması zamanı yaranan silisium tozu insan sağlamlığı üçün çox təhlükəlidir. Bu tozun içərisində işləyən insanlar qabaqlayıcı tədbirlər almadıqda, onlarda ağciyər xərçəngi yaranır.
5 – Kənd təsərrüfatı sənayesində istifadə edilən gübrə və dərmanlama işində iştirak edən şəxslər 10 il və daha uzun müddət bu maddələrin təsirinə məruz qaldıqda, onlarda dəri, ağciyər, sidik kisəsi, səs telləri və qaraciyər xərçəngi kimi sağalmaz xəstəliklərə tutulur.
6 – Neft sənayesində işləyənlərin də xərçəngə tutulma riski olduğu bildirilir. Bu peşə sahəsində işləyənlərin isə qan, ağciyər və öd xərçənginə tutulması mümkündür.
7 – Yanacaqdoldurma stansiyalarında işləyənlər isə qaz iyinə məruz qaldıqları üçün onların da səhhəti risk altındadır.
8 – Hava yollarında işləyənlər (pilot, stüardessalar) zərərli ultrabənövşəyi şüalara məruz qalmaları nəticəsində “melanom” adı verilən dəri və döş xərçənginə tutulur.
9 – Gözəllik salonlarında ustalarının istifadə etdiyi saç boyaları da xərçəng xəstəliyinin yaranmasına əsas səbəbdir.

